Avtomobil

2016-cı ilin ən etibarlı avtomobilləri

698views

Euro NCAP, həyata keçirdiyi təhlükəsizlik və çarpışma testləri nəticəsində 2016-ci ilin ən təhlükəsiz avtomobilləri siyahısını dərc edib.

Təhlükəsizlik və çarpışma testləri ilə maşınları sıx nəzarətdən keçirən Euro NCAP, “2016-cı ilin ən etibarlı avtomobilləri” siyahısını dərc edib. Yeni nəsil avtomobillər üçün təhlükəsizlik testlərini artıran şirkət, gələn ildən etibarən sürücüsüz avtomobillər üçün də bu işlərin sürətləndiriləcəyini bildirib.
Bütün testlər, müəyyən status çərçivəsində təhlükəsizlik texnologiyaları əsasında həyata keçirilir. Yəni yalnız toqquşma zamanı aldığı zədəyə deyil; Təhlükəsizlik texnologiyalarının gətirdiyi üstünlüklər də qiymətləndirilir. Əlavə olaraq, əlbəttə, hər bir avtomobil öz sinfi içərisində bir rəqabətə daxil edilir. 2016-cı il qiymətləndirmələri ilə birlikdə Euro NCAP-in həyata keçirdiyi xüsusi testlərin videoları da yayımlanıb.

Kiçik ailə maşını: Hyundai Ioniq

Böyük ailə maşını: Toyota Prius

Kiçik SUV: Volkswagen Tiguan