Kino

Recep İvedik 5 filminin fraqmenti yayımlandı | Video

Recep Ivedik 5
242views

Rəcəb İvedik 5 filminin fraqmenti yayımlandı!

Məhəllə sakinlərindən İsmətin vəfatının ardından, ailəsinə baş sağlığına gedən Rəcəb və yoldaşları, kədərli ailəsinin bir arzusu olub olmadığını soruşurlar. Evin xanımının, ərinin yarımçıq qalan işinin başa çatdırılması istəyi, Rəcəb İvedik 5 filminin əsas mövzusunu təşkil edəcəkdir. İsmətin avtobusu ilə Milli Komanda dəstəsini Makedoniyaya aparan Rəcəb və yoldaşları, bir-birindən əyləncəli hadisələr yaşayacaqdır.

Recep Ivedik 5
Recep Ivedik 5

Şahan Gökbakarın həm baş rolunu oynadığı, həm də ssenarisini qardaşı Togan Gökbakarla birlikdə yazdığı “Rəcəb İvedik 5″də Rəcəb, müxtəlif sahələrdə özünü göstərərək iddiasını ortaya qoyur, mərmi, güləş, ağır atletika, uzuna tullanma və qılıncoynatma kimi sahələrdə professional idmançılardan yaxşı çıxışlar nümayiş etdirir.

Recep Ivedik 5
Recep Ivedik 5

Togan Gökbakarın rəhbərliyi altında olan film, 16 fevralda vizyona girəcək.