Gündəm

Kim Jong-un yeni nüvə-roket sınaqlarına dünyadan sərt etirazlar

790views

Şimali Koreyada bu gün həyata keçirildiyi düşünülən nüvə-roket sınaqlarına dünyadan sərt etirazlar gəlməyə başlayıb

Amerika Birləşmiş Ştatları-na aid seysmoloji xidmət mərkəzi bu gün səhər, Şimali Koreya sərhədlərində 5.3 gücündə böyük təkan hiss etdiyini açıqlayıb.

Sözü gedən təkanın Şimali Koreya-nın daha öncə də nüvə-roket sınaqları keçirdiyi Punggye bölgəsində baş verməsi, nüvə-roket sınaqlarının keçirildiyini artıq dəqiqləşdirib.

Bunun dərhal ardından, Cənubi Koreya Təhlükəsizlik Şurası təcili olaraq toplanıb. Prezident Hwang Kyo-ahn təhlükənin böyüklüyü ilə bağlı açıqlamasında ; “Şimalı Koreya-nın nüvə-raket sınaqları açıq olaraq ortadadır və sərt şəkildə bizi qorxutmağa çalışır. Ordumuz, ABŞ ilə birlikdə həyata keçirdiyi ortaq müdafiə çərçivəsində, Şimali Koreya-nı bütün bu hadisələr səbəbindən cəzalandırmağa hazır olmalıdır” deyə bildirib.

Yaponiya Prezidenti Shinzo Abe isə “Eger Şimali Koreya doğrudan da nüvə silahları ilə bağlı bir sınaq keçirtdisə bu qəbul edilməzdi. Bu hərəkəti qəbul edə bilmirəm və kəskin qınayıram” deyə açıqlamasında bildirib.

Qeyd edək ki, Şimali Koreya ilk sınaqları 9 Oktyabr 2006-cı ildə, ikincisini 25 May 2009-cu ildə, üçüncüsünü isə 21 Fevral 2013-cü ildə həyata keçirtmişdi. Daha sonra 6 Yanvar 2016-cı ildə olan son sınaqlar göstərir ki, Ş.Koreya hər üç ildə bir nüvə-roket sınaqlarını həyata keçirdir. İlk sınaqlarda partlayışın gücü 4.2 idi isə , dəgərləri sıra ilə 4.7 və 5.1 gücündə olaraq qeydə alınmışdı.