Cihazlar

Keçmişdən günümüzə bütün iPhone modelləri

745views

29 İyun 2007-ci ildə satışa təqdim edilən ilk iPhone modelindən günümüzə yəni 7 Sentyabrda tanıdılan iPhone 7-ə qədər nələr dəyişdi? Gəlin keçmişdən günümüzə iPhone tarixinə baxaq.

9 illik bir keçmişi olan iPhone ailəsi, iPhone 7-ə qədər haradan hara gəldi? Bu məqaləmizdə ona toxunacağıq.

Keçmişdən günümüzə iPhone
Steve Jobsun, yeni bir dövr başladan elanından sonra ilk iPhonenin nə vaxt satışa çıxacağı maraq edilirdi. Və o gün gəlmişdi.

Bundan tam 9 il əvvəl, ilk iPhone modeli satışa təqdim edilmişdi. 29 İyun 2007 tarixində satışa təqdim edilən iPhone modelinin üzərindən isə çox sular axdı, keçdi.

Həyat sürətli keçir. 2007-ci il yaxın keçmiş olmağa başladı belə. Hətta ilk çıxan iPhone və haralardan bu günlərə gəldiyini də unutmağa başladıq ya da artıq unutmuşuq.

Budur. Ağıllı telefondan istifadə vərdişlərimizi dəyişdirən iPhone`un dünəni və bu günü.

Qarşınızda ilk iPhone

iphone-2g
2007-ci ildə Steve Jobsun mükəmməl tanıtımı ilə bizlərlə tanışdırılan iPhone, bəlkə bəzi təhcizat xüsusiyyətləri baxımından mövcud rəqiblərinin gerisində də olsa, o zamana qədər təqdim edilməmiş bir dünya təqdim edirdi.

O zamanın güclü adı Nokianın düyməli və uzun zamandır hər hansı bir yenilik etmədiyi Symbian əsaslı ağıllı telefonlarından və Windows Mobile ekosistemlərindən istifadəçilər olduqca bezmişdilər. Bu sistemlər həm yavaş idi həm də təzələnmirdilər.

2007-ci ildə ilk dəfə sensor ekran istifadə edən Apple, o zaman üçün olduqca geniş bir ekran ölçüsü olan 3.5 inç’i seçim etmişdi. Tamamilə ekrandan ibarət olan iPhone, yalnız bir dənə fiziki düyməyə sahib idi.

Interfeysi tamamilə toxunma mərkəzli hazırlanan iPhone OS, o zaman indiki kimi iOS adına sahib deyildi. Hətta inkişaf etmiş bir tətbiq marketi belə yox idi. 3G’ni belə dəstəkləmirdi.

(IOS adı o zaman Cisco tərəfindən patentlənmişdi. Cisconun network cihazlarında çalışan bir sistem idi. Daha sonra iPhone OS adı, iOS’e çevrildi)

iPhone, o zamana qədər heç bir ağıllı telefonun təqdim edə bilmədiyi musiqi təcrübəsini bizlərə təqdim edirdi. iPod olaraq adlandırılan musiqi çalarıyla birlikdə, bənzərsiz bir iTunes sinxronizasiyasını təqdim edirdi.

Bunun xaricində tamamilə “touch screen” üçün hazırlanmış olan interfeys, ekran kilidini açmağı belə o zaman əyləncəli hala gətirmişdi. İnsanlar “swipe” adı verilən sürüşdürmə əməliyyatını olduqca sevmişdi.