Kosmos

Günəşə ən yaxın ulduzun orbitində Dünyaya bənzəyən yeni bir planet tapıldı

1.17Kviews

Günəşə ən yaxın ulduzun orbitində dünyaya bənzəyən yeni bir planet tapıldı.

Elm adamları, Günəş sisteminə ən yaxın ulduz Proxima Centauri’nin orbitində dünyaya bənzəyən bir planet tapıblar.

Beynəlxalq elm adamlarından ibarət “Pale Red Dot” heyəti uzun araşdırmalar nəticəsində etdiyi kəşfini ictimaiyyətə açıqlayıb. Yeni olan planetin, dünyaya bənzədiyi və günəşdən çox daha kiçik və soyuq olan “qırmızı cücə ulduz” Proxima Centauri’nin orbitində olduğu bildirilir.

Beynəlxalq elm adamları, Çili’dəki La Silla Rəsədxanası vasitəsi ilə kəşf edilən  və “Proxima b” adı verilən planet dünyanın 1,3 qatı böyüklüyündə olduğu və dünyadan 1,2 işıq ili uzaqlıqda olduğunu bildiriblər.
Kəşf 30 illik bir araşdırma nəticəsində reallaşdırıldığı bildirilir.

atmosphere-at-sunrise[1]
Elm adamları heyətində yer alan Carnegie Elm Təşkilatından Paul Butler, mövzuyla əlaqədar şərhində, kəşfin 30 illik bir araşdırma nəticəsində reallaşdırıldığını bildirib. Butler ayrıca, dünyaya ən yaxın planetlər ətrafında yüzlərlə planet kəşf etdiyini qeyd edib.