Dizayn

Gül dəstəsini özün seç

1.53Kviews

Canlı güllər ən gözəl hədiyyədir


Gül dəstələri ilə sadəcə xüsüsi günlərdə deyil,səbəbsiz də sevdiklərimizi sevindirə bilərik.

34b1b82dfa030d845d9484db13b430d9
İnsanlar onları qədim zamanlardan sevib vəsf etsə də,əvvəllər gül dəstələri hədiyyə olunmazdı,onlardan yalnız saç üçün çələnglər hörərdilər.
Yunanlar və romalılar tədbirlərdə ali qonaqlara hörmət və gəldikləri üçün təşəkkür əlaməti olaraq qızıl güllərdən hörülmüş çələng hədiyyə edərdilər.
Bu adət hazırda da olimpiya oyunlarında qaliblərə dəfnə yarpağından hörülmüş çələnglərin hədiyyə olunmasında özünü göstərir.

cf0f65f21f787be7421ba6e580f9ac6b
Keçmişdə müharibəyə yola düşən əsgərlərə döyüşdə uğur qazanmaları üçün ətirşah dəstəsi təqdim olunarmış.

0c7b032608304f34153d3bd302f05ed5

Böyük, ağ rəngli yasəmən dəstəsi ilk sevginin rəmzi idi.

İlk dəfə ətir kimi hədiyyə olunan gül dəstəsi 5 əsr bundan əvvəl ətirli güllərdən hazırlanıb. 18-ci əsrdə “güllərin dili” qavramı yaranıb, buna görə də 2-ci Yelizavetanın dövründə təqdim olunan güllərin rənginə, sayına, növünə xüsüsi diqqət yetiriliridi. O dövrdə gül dəstəsi hazırlanarkən mütləq xüsüsi etiket gözlənilməli idi.
Məsələn,bir qadına yalnız qırmızı qızıl güllərdən dəstə təqdim etmək sevgi və nəvaziş mesajını verirmiş.

7324213f35cd3a5fd11299d063cd3edc
Fresiya bağlılıq,astra və ya ağ qərənfil tezliklə qovuşmaq ümidi, yeddi gözəl-yəni “qartenziya” sədaqət, zambaq isə dəstəyi ifadə edirdi.
Müasir dövrdə bu məsələ o qədər aktual olmasa da, müəyyən fikirlər indi də qalır.
Avropada hədiyyə olunan güllərin sayına əhəmiyyət verilməsə də,biz gülün tək və ya cüt sayda olmasına çox həssaslıqla yanaşırıq.Yalnız tək sayda olan gülləri hədiyyə edirik.

Dəstənin umumi rəng uyumuna da diqqət yetirmək vacibdir.Gül dəstəsi onu hədiyyə edəcəyiniz insanın xarakterinə, yaşına, zövqünə uygun yığılmalıdır.
Kiçik yaşlı qızlar, gənc xanımlar üçün yığılan dəstə pastel tonlardan ibarət olmalıdır.

6b1f8c2671822d8445c0783f6e05160e
Bir qədər yaşlı xanımlara isə tez solan gül bağışlamaq düzgün deyil, açıq, onlara sabit rənglərdə yığılmış gül dəstəsi vermək daha məqsədəuyğundur.

045f642d1b345e08e224022edce9c74d
Gül dəstələri qadın və kişi buketləri olmaqla iki növə ayrılır.
Dəstə bağlayarkən xanımlar üçün sakit rənglərdən,kişilər üçünsə daha çılğın, diqqət cəlb edən rənglərdən istifadə etmək lazımdır.

Dəstənin büküldüyü kağızın rəngi belə vacibdir.

IMG_222062aa829aeb7d3b27d181040258700a43


Hər birinin öz dili, öz rəmzi mənası olan güllərdən yığılmış dəstə və ya tək bir çiçək belə bəzən saatlarla deyilən komplimentdən daha mənalı və təsirli ola bilər. .