Maraqlı

Evlilik buketi atarkən, insan həyatını xilas etdilər | Video

724views

Həyatın qeyri-adi anı: Yeni rus cütlük evlilik buketini atarkən, həyat xilas etdilər.

Rusiyanın cənubundakı Krasnodar bölgəsində həyatın qeyri-adi bir anı kameraya əks olunub. Yeni evlənən bir cüt, körpüdən çiçəkli evlilik buketini atarkən, aşağıda bir kişinin buz kimi suda boğulmaqdan xilas edilməsinə vəsilə olublar.

Bəy və gəlinin yaxınları, çiçəyin hara düşdüyünü izləməyə çalışarkən, aşağıda bir kişinin suda boğulmaq üzrə olduğunu görüblər. Kişinin yanında bir qız uşağının da olduğu görülüb. Qız uşağı, toy iştirakçılarına müraciət edərək onları atası üçün köməyə çağırır. Yardıma gələn gənclər, atanı sudan çıxardıblar.

Daha sonra başına gələnləri izah edən ata, “Qızımla çay sahilində gəzərkən donmuş çayın üzərində gəzmək istədim. Lakin buz sındı və suya düşdüm” deyib.