Eurovision

Dihaj ‘Skeletons’ | Eurovision 2017 mahnımız təqdim olundu

904views

Bildiyimiz kimi, Azərbaycanı bu il Kiyevdə keçiriləcək Eurovision mahnı yarışlarında Dihaj təmsil edəcəkdi.

Bu gün ifaçının mahnısı nəhayət ki, klipi ilə birlikdə təqdim edildi.

“Dihaj” təxəllüsü ilə çıxış edəcək Diana Hacıyevanın “Skeletons” adlı mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək.