Gündəm

Zəlzələdə ölənləri makarona bənzədən Charlie Hebdo, yenidən gündəmdədi

711views

Fransan’ın yumor jurnalı Charlie Hebdo, İtaliyada 24 Avqust meydana gələn zəlzələ ilə bağlı yayımladığı karikatura, İtalyanları çox əsəbləşdirib

300 insanın həyatını itirdiyi zəlzələni “İtaliyansayağı zəlzələ” başlığı ilə yayımlayan Charlie Hebdo, karikaturada zəlzələdə ölən və yaralananları makaron növlərinə bənzədib.

Sosial mediada sürətlə yayılan karikatura, böyük kütlə tərəfindən tənqid olunsa da söz azadlığı mübahisəsini də genişləndirib.

Charlie Hebdo, İtaliyanları sadəcə makaron şəklində görərək irqçi yanaşmada və hələ də soyumayan zəlzələyə lağ etməkdə günahlandırılır. Bəzi sosial media istifadəçiləri “Bu səpgidə karikaturaların siyasət və ona yaxın sahələri hədəf götürməsi gərəkdir, çarəsiz, zəif qurbanları deyil” deyə bildirib.

Zəlzələdə ən böyük itginin olduğu Amatrice qəsəbəsinin Bələdiyyə başçısı Sergio Pirozzi də arqo ifadələr də istifadə etdiyi sərt çıxışında “Ölülər ilə bağlı necə karikatura çəkilə bilər! Bu zövqsüz və utancverici karikaturanın, Fransa xalqının hissləri ilə heç bir bağlılığının olmadığından əminəm ” deyə bildirib.

Bəzi kütlə isə, vaxtı ikən İslam dünyasına qarşı karikaturalar yayımlanarkən susan Avropa kütləsini qınayaraq “Artıq Charlie deyilsinizmi” şəklində mesajlarını göndəriblər.

Daha sonra olduqca sərt tənqidlərə cavab olaraq Charlie Hebdo, “İtaliyanlar” başlıqlı yeni karikaturasını yayımlayıb. Karikaturada “Evlərinizi inşa edən Charlie Hebdo yox, Mafiyadır” deyə bildirilib.