Oyun

Yüksəklik: Azərbaycanın ilk Virtual Reallıq oyunu

1.39Kviews

Dünyada trend olan innovativ yeniliklərdən biri olan Virtual Reallıq texnologiyası ilə Azərbaycanda ilk oyun yaradılıb.

Yüksəklik adlanan virtual reallıq oyunu, standart oyunlardan fərqli olaraq oyunçuya tamamı ilə oyuna daxil olaraq, həyəcanı son zərrəsinə qədər hiss etməyə imkan yaradır. Oyun döyüş-atraksiyon xarakterlidir.
Oyun zamanı oyunçu səngərə daxil olur və pulemyot vasitəsi ilə düşmənlərinin əks hücumlarına cavab verir. Oyunçu üçün özəl hazırlanmış stenddə yerləşən pulemyot vasitəsi ilə atəşlər həm VR, həm də real olaraq idarə olunur.

Yüksəklik VR Oyun

Oyunun başlanğıcında oyunçu 5 qumbara, 100 güllə ilə təmin olunur və oyunda performasına əsasən davamlı olaraq güllələrin, canların sayı artıb-azalır, hər dalğa keçidi zamanı oyun daha da gərginləşməyə başlayır, şərtlər dəyişir, xallar hesablanılır, rütbələr verilir və reytinq cədvəlində iştirakçı adları ilə birlikdə nəticələr qeyd olunur. Bu göstəricilərə əsasən iştirakçılarımızla davamlı olaraq müxtəlif tipli viktorinalar, müsabiqələr həyata keçirilir.

Yüksəklik VR Oyun
Gələcəkdə oyunda müxtəlif dəyişikliklər etmək nəzərdə tutulur. Oyunda istifadə olunan 3D dizayn, proqramlaşdırma, səs effektləri və digər detallar yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilmişdir.

Xatırladaq ki, ‘Yüksəklik’ 1 martda Park Bulvarda təqdim olunacağı gözlənilir, oyun haqqında ətraflı informasiyaları Yüksəklik VR Oyun facebook səhifəsindən izləyə bilərsiniz.