Həyat tərziPsixoloji yanaşma

Yeni ildən öncə nələrdən qurtulmalısınız? Bunu özünüz üçün edin

892views

Üzərinizə çox öhdəlik götürmüsünüz, emosional problemlərinizi həll edə bilmirsiniz, yaxud stress və qaçaqaç sizi gücdən salıb. Əlbəttə, hər birimiz həyatın mürəkkəb üzü ilə üzləşirik.

Yeni ilin gəlişinə isə 2 aydan az vaxt qalıb. Adətən, bu ərəfərlərdə, Yeni İldə hər şeyin düzələcəyinə, yüngülləşəcəyinə ümid edirik. Yeni ildən əvvəl əhvalınızın düzəlməsişəxsi inkişafınız üçün bunları edin.

1.Sizə öz gücünüzü və imkanlarınızı hiss etməyə mane olan fikirlərdən qurtulun. Özünüzü günahkar hiss etməyin, gələcəkdən qorxmayın.

2.Peşmanlıq və narahatlıq hissindən qurutulun. Keçmişdə baş verənlər bu gün sizə təkan verən yeganə stimul ola bilər.

3.Başqalarını günhalandırmayın. Biz özümüz öz həyatımızın məsuliyyətini daşıyırıq. Əgər baş verənlər sizi narahat edirsə, ya olanları qəbul edin, ya da dəyişin. Hər ikisi də sizin əlinizdədir.

4.Siz dünyaya olduğunuz kimi gərəksiniz. İnkişaf edin, lakin başqaları uğruna özünüzü dəyişməyin. Ürəyinizin səsini dinləyin.

5. “Başqaları məndən daha ağıllı, daha xoşbəxt, daha üstündür” kimi fikirlərdən qurtulun.  Olduğunuz yer ən doğru yerdir. Siz məhz bu yerdən öz xəyallarınıza doğru irəliləyə bilərsiniz, sadəcə istəkləriniz və xəyallarınızı müəyyənləşdirin.

qis3

6.Dünyanın ağ və qaradan, səhvlər və düzlərdən, yalanlar və həqiqətlərdən ibarət olduğu fikrindən qurtulun. Həyat kontrastlardan ibarətdir. Həyatın müxtəlifliyindən zövq alın.

7.Keçmiş sevgilərə, ötmüş dostluqlara duyduğunuz qəzəbdən qurtulun. Sevginin və dostluğun bitməsi ilə sevgini şübhə altına almayın. Sevgi daima var və siz sevgiyə layiqsiniz.

8.Başqalarını “xilas etmək”, dəyişmək istəyindən qurtulun. Hər kəsin öz yolu var. Özünüzə, öz inkişafınıza vaxt ayırın.

9.Pulla bağlı problemlərinizdən qurtulun. Bunun üçün gəlirinizin və xərclərinizin planını qurun, borclarınızı qaytarın, maddi vəziyyətinizi düzəldəcək çıxış yolları axtarın. Lakin buna riyazi həlli olan bir məsələ imiş kimi yanaşın.

10.Unutmayın, siz həyata, dünyaya, bəşəriyyətə olduğunuz kimi gərəksiniz. Bu gün nə baş verirsə, sizin sabahki rifahınız üçündür. Yaşadığınız hər şey – təcrübədir, nə özünüzü, nə də bir başqasını yaşananlara görə qınamayın.