Yeni model əvvəlindən daha uzun, geniş və alçaqdır. Yeni Elantra GT üçün iki benzin “dördlüyü” təqdim edilir. 2,0 litr həcmli mühərrik maksimal 162 at gücü yığa bilir və 6 pilləli mexaniki və ya avtomatik transmissiya ilə uyğunlaşır. GT Sport versiyası Elantra Sport-a da yerləşdirilən 1,6 litrlik turbomotorla (201 at gücü) təchiz edilir.

Yeni Hyundai Elantra GT 2017

Dəri oturacaq, ikizonalı iqlimə nəzarətdən başqa, Hyundai Elantra GT-nin alət siyahısına rahatlıq və təhlüksizlik səviyyəsini qaldıran bir sıra sistemlər əlavə edib. Məsələn, modeli Clari-Fi, Apple CarPlay və Android Auto dəstəkləyən Infinity premial audiosistemi, eləcə də naqilsiz telefon şarjı ilə təchiz etmək olar. Standart təchizata multimedia sisteminin səkkizdüymlük ekranı və 17 düymlük təkərlər daxildir.

Yeni Hyundai Elantra GT 2017

Hyundai Elantra GT-nin təhlükəsizliyinə start-stop funksiyası ilə intellektual kruiz-kontrol, piyadaları aşkar etmək funksiyası ilə avtomatik qəza saxlanması sistemi, zolaq daxilində hərəkət üçün assitent, sürücünün yorğunluğunu izləmə sistemi, uzaq işıq assistenti və arxadan yaxınlaşan nəqliyyat barədə xəbərdarlıq funksiyası ilə kor zonaların monitorinqi sistemi cavab verir.