Mətbəx

Yayda nə yeməli?

1.05Kviews

Yayda nə yeməli?

Yayın gəlişi ilə yemək seçimində müəyyən dəyişikliklər etməli oluruq.

image

İsti yay günlərində susuzluğa səbəb olan şirələrdən, şirin, turş, duzlu təamlardan imtina etmək məsləhətdir.

Yeməklərdən duz və acı ədvaları çıxarmaq, əvəzində limon şirəsi istifadə etmək pis olmazdı. Tibb işçiləri isti günlərdə tərləyərək bədəndəki mineral duzları itirdiyimizə görə bu itkini bərpa etmək üçün mineral, qazsız su içməyi məsləhət görürlər.

image

Susuzluğu yatırmaq üçün bir stəkan suya bir ədəd limonun 1/4 hissəsinin şirəsini sıxaraq ona 1 çay qaşığı şəkər tozu qarışdırmaqla hazırlanan sərin içkini məsləhət görə bilərik. Mövsümü meyvələrdən sıxılmış şirəni bir az su qatmaqla səhərlər acqarına içmək də çox faydalıdır.

Süfrələrimizin vaz keçilməz içkisi olan çay isə yanğını ən sərin sudan belə daha yaxşı yatırır.

Süfrələrimizin vaz keçilməz içkisi olan çay isə yanğını ən sərin sudan belə daha yaxşı yatırır.

Xiyar, pomidor, kələm, qırmızı turp, göyərtilər, özündə bol maye ehtiva edən tərəvəzlərin yeyilməsi də məqsədəuyğundur. Bu tərəvəzlərdən hazırlanmış salatsa isti yay günləri üçün mükəmməl qidadır.

imageimage

Gündəlik rasionda daha çox meyvə-tərəvəzə, sıyıq və liflərlə zəngin ərzaqlara üstünlük vermək, mümkün qədər qızardılmış ətdən uzaq durmaq, onu soyutma ətlə əvəz etmək lazımdır.

imageimage