MaraqlıMətbəx

Popcorn necə yaranır?

Popcorn haqqinda 2017
2.78Kviews

Popcorn ən sevilən əlüstü qəlyanaltılardan biridir. Bəs yaxşı hansı kimyəvi reaksiya nəticəsində qarğıdalı dənələri partlayır?

Amerikalılar adam başına ildə ortalama 50 kq Popcorn yeyirlər. İngiltərədə isə ən məşhur qəlyanaltı cips ikən, son beş ildə popcorn satışında yüzdə 169 artım qeydə alınıb.

Popcornun Amerika qitəsində qədimlərdən kəşf edildiyi, Avropaya isə sonradan gətirildiyi məlumdur. Sapı üzərində ikən yediyimiz közləmə və ya qaynadılmış qarğıdalı növü partlayan növündən fərqlidir.

Arxeoloqlar cənub qərbi Amerikadakı bir çox mağarada partlayan növdən qarğıdalı toxumlarına rast gəlib.

Hətda Çilili bir arxeoloq, California Universiteti Botanika Bağının qurucusu Botanist Thomas Harper Goodspeed’ə antik çağlardan qalma qarğıdalı dənələri hədiyyə etmişdi.

Goodspeed, min il tarixi olan bu dənələri bir gün evdə oturarkən sınaq üçün partlatmaq qərarına gəlmiş və nəticədə dənələrin normal şəkildə partladıqlarını müşahidə etmişdi. Sözü gedən qarğıdalı dənələri, qabığı qalın olması səbəbindən bu qədər uzun illər boyu qala bilmişdi.

yaaz.az

Popcorn necə yaranır?

Qarğıdalının partlaması məhz elə bu qalın qabıq sayəsindədir. Bu qabıq yanmadan qızdırıldıqda, istiliyi nişastalı daxili hissəyə doğru yönəldir. İstilik artdıqda isə, qabığın içində yığılan buxar xaricə doğru təzyiq tətbiq edir. İstilik 200 dərəcəyə çatıb atmosferdəki təzyiqin doqquz qatına qalxdığında qarğıdalı qabığı parçalanır və içindəki nişasta ilə buxar xaricə doğru yayılar.

Qarğıdalıların içərisində olduğu qabda, təzyiq vakum yolu ilə aşağı salınaraq popcornların daha böyük olması təmin edilə bilər.

Çində isə popcorn, ənənəvi üsulla od üzərində çevrilən və qapağı tamamilə bağlı olan dəmir qabda hazırlanır. Qabın istiliyi müəyyən bir həddə çatanda qapaq açılır və qabın ağzına yerləşdirilən kisənin içərisinə popcornlar dolmağa başlayır.

yaaz.az Popcorn haqqinda

Məgər tək qarğıdalı dənəsi partlayır?

Məşhur popcorn qablarının kütləvi istehsalına isə 1885-ci ildən başlanılıb. Buxarlı mühərriklərdə isidilən qablarda qarğıdalı dənələri kərə yağında partladılırdı.

“Popped Culture” adlı kitabında Andrew Smith, Illinoisli Charles Cretors adlı şirniyyatçının fıstıq qovurmaq üçün həyata keçirdiyi sınaqlarda bu qabı kəşf etdiyi, 1893 Dünya Sərgisində isə reklamını və satışını etdiyi barədə yazıb.

Cretors Company, bu gün də popcorn qabları istehsal edən ən məşhur şirkətlərdən biridir.

Günümüzdə də popcorn ən sağlam yeməklər arasında göstərilir. Ancaq təbii ki, cox duz, yağ və digər fərqli ədviyyatlar əlavə edilməməsi şərtiylə.

Eyni zamanda partlayan tək toxum qarğıdalı deyil; düyü, buğda, arpa toxumu da partladıla bilər. Amma bunların partlamış halı popcorn qədər böyük olmaz.

yaaz.az popcorn haqqinda