Təbiət

WWF: Dünyadakı heyvanların sayı 2 dəfə azalıb

1.01Kviews

Son məlumatlara görə, 1970-ci ildən 2012-ci ilə qədər vəhşi heyvan populyasiyası: balıqların, quşların, məməlilərin, o cümlədən suda-quruda yaşayan və sürünən heyvanların sayı 58% qədər azalıb. Bu tendensiya növbəti onilliklərdə davam edəcək, və 1970-ci illə müqayisədə Yer üzündə üçdə iki daha az heyvan qalacaq.

Ən çox ixtisara şirin suda yaşayan onurğalılar məruz qalıb, çünki onların sayı son 42 il ərzində 81%  qədər azalıb. Buna əsas səbəb kimi, ətraf mühitin çirklənməsi göstərilir.

“İlk dəfə 65 milyon il əvvəl dinozavrların ölümü dövründən sonra biz kütləvi qırılma ilə üzləşirik. Heyvanlar yaşadığımız Yer plantetinin əsas göstərici olsa belə, biz heyvan növlərinin sayının azalmasına məhəl qoymuruq”- deyə WWF-UK elm və siyasət məsələləri üzrə rəhbəri Mayk Barrett şərh edir.

Mayk Berrettin fikrinin davamı kimi Fondun baş direktoru Marko Lambertini bildirir ki, bioloji müxtəliflik sağlam meşələrin, çayların və okeanların əsasını formalaşdırır. Heyvanlar Yer üzündən yox olarsa, ekoloji təmiz hava, su, yemək  və iqlim də insanlar üçün yox olacaq.

Çox təəssüf ki, insanlıq hələ də yaşadığı gözəl dünyanı ətraf təbiətə: bütün bitki və heyvan növlərinə borclu oldğunu anlamır.