GündəmSiyasət

Washington Trump’ın andiçmə mərasiminə hazırdır

Washington 2017 Donald Trump andicme merasimi
875views

ABŞ-ın 45-ci prezidenti Donald Trump, bu gün and içərək rəsmi olaraq vəzifəsinə başlayacaq.

Andiçmə mərasiminə hazırlıqlar artıq bir neçə gündür ki, Washington’da başlayıb. Mərasimi izləmək və ona etiraz etmək məqsədiylə 1 milyona yaxın insanın paytaxt Washington’a gələcəyi gözlənilir.

ABŞ Konstitusiyasına görə, yeni seçilmiş prezidentin vəzifəyə başlaması üçün and içməsi və bu and mərasiminin 20 Yanvar günü günorta saatlarında (Azərbaycan saatı ilə 21.00) həyata keçirilməsi lazımdır.

yaaz.az Washington 2017 Donald Trump andicme merasimi

Andiçmənin ardından Ağ Evin olduğu Pennsylvania Bulvarında bir keçid mərasimi təşkil olunur və eyni zamanda axşam yeni bir yığıncaq qurulur.

Trump, ilk olaraq səhər saatlarında Blair House’dan (1) çıxacaq. St. John Kilsəsində (2) həyata keçirilən səhər ayininə qatılacaq. Buradan isə Ağ Evə (3) keçərək Barak Obama ilə birgə qəhvə içəcək. Daha sonra andiçmə üçün Konqres binasına (4) gedəcək və burada prezident olaraq ilk çıxışını edəcək. National Mall’da (5) kütləvi keçid mərasimini izləyəcək. Ardından isə öz adını daşıyan otelin (6) qarşısından keçərək, yeni iqamətgahı Ağ Evə çatacaq.

yaaz.az Washington 2017 Donald Trump andicme merasimi

Obama və Trump Ağ Evdə qəhvə içdikdən sonra Konqres binasına birlikdə gedəcəklər.

Mərasimə; Konqres üzvləri, siyasətçilər, keçmiş prezidentlərdən Bill Klinton, Corc W. Buş, Jimmy Carter və 8 Noyabrdakı prezident seçkilərində məğlub olan Hillary Clinton’un da qatılacağı gözlənilir.

yaaz.az Washington 2017 Donald Trump andicme merasimi

Andiçmə mərasiminə xüsusi olaraq hazırlaşanlar arasında küçə satıcıları da var. Ağ Evin yeni qonaqlarının adını daşıyan köynəklər, paytaxt küçələrində artıq bir neçə gündür satılır.

_93665606_129bc021-4b49-44e7-8e7b-0861feeb68b1

Çoxlu sayıda Trump tərəftarlarının ABŞ-ın fərqli şəhərlərindən bu mərasimi izləmək üçün paytaxta gəldiyi bildirilir. Eyni zamanda bir çox müxalif üzvlər də Trump’a etiraz etmək üçün orda olacaqlar.

yaaz.az Washington 2017 Donald Trump andicme merasimi