Avtomobil

Volkswagen ən böyük avtomobilini təqdim edib

770views

Volkswagen bu günə qədər istehsal etdiyi ən böyük avtomobili, Atlası təqdim edib.

Almaniyada həyata keçirilən xüsusi təqdimat ilə nümayiş etdirilən Volkswagen Atlas, 7 nəfərlik tutumu, böyüklüyü və cəlbediciliyi ilə diqqət çəkir.

ABŞ’da istehsal ediləcək abtomobillərin 238 at gücünə, 2 L Turbo mühərrikə və 280 mühərrik gücündə 3.6 litrlik VR6 motora sahib olacağın bildirilib. Atlas’ın dizel variantı olmayacaq.

Avtomobildə Apple CarPlay, Android Auto və MirrorLink kimi əməliyyat sistemləri işləyə biləcək.

Volkswagen Atlas’ın qiyməti ilə bağlı isə hələki heç bir məlumat verilməyib.