Cihazlar

Virtual reallıq eynəkləri ilə 18+ filmlərin izlənmə sayı artmaqdadır

1.18Kviews

VR eynəklərlə yetkin filmlərinin izlənmə nisbətləri artır.

Virtual reallıq gözlükləri yalnız kompüterlər və konsollarda deyil, eyni zamanda ağıllı telefonlarda da bir müddətdir ki, istifadə edilir. Konsertlər, qısa filmlər və tamaşalar, milyonlarla istifadəçi üçün əyləncə qaynağı olub. Bir də işin yeniyetmələrə xüsusi bir ölçüsü var.
Böyüklərə qarşı məzmunlar bəxş edən bir internet saytı, 2016-cı ilə dair bir araşdırma aparıb. Əlbəttə, tədqiqatda VR eynəklərin də əhəmiyyəti böyükdür.
Araşdırmaya görə, 2016-cı ildə bir çox adam, virtual gerçəklik eynəkləri vasitəsilə yetkin video materialları izləmişlər. Sadəcə bu saytda VR dəstəkli videolar 38 milyondan çox izlənilmişdir. Üstəlik, saytda VR texnologiyalarına dəstək verən təxminən 2 min filmin olduğu bildirilir. Rəsmi şəxslər, 2017-ci ildə VR eynəklərlə bu tip filmlərin izlənmə rəqəmlərində artımlar gözlədiklərini də əlavə ediblər.

Məhz 2016-ci ildə VR eynəklər ilə ən çox yetkin videoları izlənən 10 ölkə:
1. Çin
2. Tailand
3. Honq Konq
4.Filippin
5.Norveç
6. Finlandiya
7. Braziliya
8. Vyetnam
9. Misir
10. Çili