Astrologiya

Qoç bürcü qadını və kişisi

39.6Kviews

Qoç 21 Mart – 20 Aprel

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Qrupunuz: Atəş
Bürcünün Cinsiyyəti: Kişi
İstedadınız: Canlılıq və Hərəkət
Keyfiyyətiniz: Yeni təşəbbüslər, Cəsarət və qoçaqlıq.
Əməliniz: Rəhbərlik, liderlik, alilik
Məqsədiniz: Uğur və qələbə
Mənfi cəhətiniz: Səbirsizlik
Uğurlu gününüz: Çərşənbə axşamı
Uğurlu daşınız: Brilyant
Uğurlu rənginiz: Köz Qırmızısı, Nar Çiçəyi
Uğurlu musiqiniz: Sürətli templi parçalar və marşlar
Ehtimal olunan xəstəliyiniz: Baş və böyrək xəstəlikləri, yanıqlar
Evlilik üçün uyğun olan bürc:  Aslan və Oxatan
Müvəffəqiyyətli olacağınız peşələr: Siyasət, təşkilatçılıq, idarəçilik, sənaye, mühəndislik, idarəçilik, komandanlıq, kimyaçı operator, dəmir və polad işləri, maşın, yumor və lətifə dramaturgiyası, tənqid, rəssamlıq, musiqi, artist.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Son dərəcə hərəkətli və dinamikdir. İstəkləri də son dərəcə güclüdür. Hətta həyatını istəkləri istiqamətləndirir. Bu insanda güclü bir “mən” duyğusu var. Elmi və elmlə məşğul olanları sevər hətta müsbət elm onun da böyük marağını çəkir. Çünki qəti və açıq şeylərdən xoşlanır. Hərəkətləri ani, reaksiyaları isə sərtdir. O həmçinin müstəqilliyinə çox düşkündür. Tez-tez heç düşünmədən hərəkətə keçər. Düşündüyü zaman susur, amma əgər onu tələb edən bir vəziyyət varsa, işgəncəyə də qarşı dura bilir. Hər şeyin açıq olmasından xoşu gəlir. Əgər bir məsələdə fərqli düşünürsə, bunu gizlətməyin saxtakarlıq olduğuna inanır. Qoç dünyaya cəngavərlik, canlılıq və həyatda qalma dəlili ilə silahlanmış olaraq gəlir. Hər cür əngəllərə və şübhəyə baxmayaraq, arzu və iradənin üstün gələ bilməsi qabiliyyətini təmsil edər. Dürüstlük, həvəslilik, müstəqillik və cəsarət Qoçun mənbələridir. Boş nəzəriyyələrə baş yormayan, lazımsız duyğusal incəliklərinə vaxt xərcləməyən, xaricə yönəlmiş bir idealistdir.

QOÇ BÜRCÜ KİŞİLƏRİ

Qoç bürcündə doğulan kişilərlə qadınların müştərək tərəfləri olmaqla birlikdə heç bənzəməyən cəhətləri də çoxdur. Ulduzu Mars, Qoç bürcündə olan kişiyə cəsarət, qoçaqlıq, qanışirinlik, təsir gücü, hiddət, şiddət, enerji verir. Bu tip kişi ilə yaşamaq o qədər də asan deyil. Çünki Qoç bürcünün kişisi hər şeydən əvvəl öz fikirlərinin, fikir və xüsusiyyətlərinin düzgün olduğuna inanır.

QOÇ BÜRCÜ QADINI

Qoç bürcündə doğan qadınlarda eynilə kişilər kimi özlərini üstün görən, mətanətli, cəsur, qısqanc, cana yaxın, cazibəli tiplərdir. Qoç bürcü qadını ehtiraslıdır və yüksəlməyə iddialıdır. Qoç bürcü qadınları üçün iş həyatı, bir az pul gətirəcək və onları əyləndirəcək bir vasitə sayılmaz. Çalışma onların həyatda yüksəlmələrini, bol pula sahib olmalarını və adlarını çatdırmalarını təmin etməlidir. Həm bu tiplər, cazibədən də yararlanaraq tez-gec istədikləri mövqeyə nail olurlar.

YÜKSƏLƏN BÜRCÜNÜZ QOÇ

Əgər Astroloji xəritənizdə Qoç Bürcü yüksəlirsə o zaman çox hərəkətli və enerjili bir insan olduğunuz şübhəsizdir. Tələsik davranışınız ilə işlərinizi dərhal həll edəcək bir gücə sahibsiniz. Həmişə ən öndə olmaq istəyi sizi sanki digərləri ilə tələsirmiş kimi göstərə bilər. Fikirlərinizi sərbəst ifadə etmək istəyiniz və bu fikirləri son dərəcə dinamik olaraq həyata tətbiq etməyiniz sizə həyatınızın hər mərhələsində keçməyiniz vacib olan əngəllər ortaya qoyacaqdır.

Digər bürclər:

[vc_row]

[vc_column width=”1/3″]qoch

Qoç bürcü

buga

Buğa bürcü

ekizler

Əkizlər bürcü

xerceng

Xərçəng bürcü[/vc_column]

[vc_column width=”1/3″]
shir

Şir bürcü

qizlar

Qız bürcü

terezi

Tərəzi bürcü

eqreb

Əqrəb bürcü[/vc_column]

[vc_column width=”1/3″]
oxatan

Oxatan bürcü

oglaq

Oğlaq bürcü

dolca

Dolça bürcü

baliqlarBalıqlar bürcü[/vc_column][/vc_row]