Astrologiya

Ulduz falı: 30 yanvar-5 fevral | Həftəlik

Heftelik burcler fevral 2017
1.34Kviews

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftədən etibarən daha yenilikçi və təşəbbüskar olacağınız bir dövrə başlayacaqsınız. Eyni zamanda daha cəsur və səbrsiz ola bilərsiniz. Maneələri tez bir zamanda aşmaq mümkündür ancaq düşünmədən hərəkətə keçməməlisiniz. Fevralın 1-i və 2-si iş həyatınızda fərqli fikirlərə və yeni layihələrə daha çox vaxt sərf etməyə, onlara uyğunlaşmağa çalışın. Fevralın 3-ündən etibarən sevgidə və dostluqda daha səmimi, həyəcanlı və sizi əyləndirə biləcək yeniliklər olacaq. Həftənin sonlarında doğru xərclərinizə diqqet yetirin.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Bu həftə iş həyatınızda və məsuliyyəti üzərinizdə olan sahələrdə bəzi yeniliklər ola bilər. Bu vaxta qədər sizə məlum olmayan gizli məqamlarla qarşılaşa bilərsiniz. Bu ərəfədə riskli olduğunu hiss etdiyiniz vəziyyətlərdə diqqətli olmalısınız. Kor-koranə addım atmaq bəzi problemlər yarada bilər. Fevralın ilk günlərində münasibətlərdə daha xoş rəftar sərgiləyəcəksiniz. Bu, yaxşı və yerində olacaq. Fevralın 3-ündən etibarən isə dəyər verdiyiniz məsələlərdə və sevgi münasibətlərində müəyyən qarışıqlıq yarana bilər.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə daha azad istəklər sizi idarə edəcək. Özünüzü müsbət duyğular və həyəcanlı hisslər içərisində tapacaqsınız. Eyni zamanda ani düşüncələr və gələcəklə bağlı fikirlər sosial həyatınıza müsbət təsir göstərəcək. Fevralın ilk günlərində maliyyə və işinzilə bağlı məsələlərdə planlı olaraq hərəkət etməyə çalışın. Fevralın 3-ündən etibarən komanda ilə bağlı işlərdə daha aktiv bir dövrə başlamaqdasınız. Buradakı düşüncələr və münasibətlər sizi daha azad hissetdirəcək.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu həftə həm iş, həm də şəxsi münasibətlərdə daha aktiv bir dövr yaşayacaqsınız. Bəzi riskli addımlar sizi narahat edə bilər ancaq bunlar diqqətli idarə olunarsa sizə iş həyatınızda daha cox uğur və cəsarət gətirəcək. Qərarsız olmamalısınız. Fevralın ilk günlərində iş həyatınız və görüşlərdə yeni fikirlərə açıq olmalısınız. Fevralın 3-ündən tibarən isə, işlərlə bərabər qadınlarla olan münasibətlər də əsas diqqət çəkən məqamlardan olacaq. Bir çox mövzuda daha qərarlı və mübarizəçi ola bilərsiniz.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Bu həftə daha çox, insanları dinləməyə çalışacaqsınız. Ətraf insanların həm sizinlə bağlı həm də münasibətlərdəki fikirlərinə daha çox əhəmiyyət verəcəksiniz. Bəzi təkliflərlə qarşılaşa bilərsiniz. Bu vaxtlarda səyahətlər və qarşılaşdığınız yeni insanlar sizi həyəcanlandıracaq. Fevralın ilk günlərində iş həyatınızda daha rahat olmağa çalışın. Fevralın 3-ündən sonra sevgidə və səyahətlərdə daha həyəcanlı və xoş günlər sizi gözləyir.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə iş həyatınızda yeniliklərin təsiri artacaq. Fiziki olaraq daha aktiv bir dövrdəsiniz. Ani olaraq ortaya çıxan riskli vəziyyətlərlə qarşılaşa bilərsiniz. Həftə boyu qəzalardan özünüzü qoruyun və daha diqqətli olmağa çalışın. Fevralın ilk günlərində yaradıcılıqla məşğul olan insanlar daha yenilikçi olacaqlar. Həftənin sonlarına doğru sevgidə və əsasən qarşılıq gözlədiyiniz münasibətlərdə daha səbrli olmalsıınız. Bu vaxtlarda bəzi sizi narahat edən hadisələr baş verə bilər.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə sevgi münasibətlərində sevindirici məqmlarla qarşılaşacaqsınız. Uşaqlar və sevdiyiniz insanlarla bağlı hadisələr gündəmdə olacaq. Əsasən sevgi və evlilik həyatınız sizi həyəcanlandıracaq. Ancaq bu münasibətlərdə daha dürüst və səbrli olmağa çalışmalısınız. Qarşınızdakı insanı özündən çıxartmamağa çalışın. Bu vaxtlarda insanların sizə qarşı olan reaksiyaları sizi biraz düşündürə bilər. Fevralın 3-ündən etibarən sevgidə daha aktiv bir dövrə addım atacaqsınız.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə evdə və ailədə yeniliklər olacaq. Həftə boyu daha çox işləyə və yorula bilərsiniz. Fiziki olaraq daha güclü olmağa çalışın. Evinizə və təhlükəsizliyinizə daha çox vaxt ayıracaqsınız. İş həyatınızda yeniliklər ola bilər. Fevralın ilk günlərində yeni görüşlər gündəmdə olacaq. Fevralın 3-ündən etibarən isə, sevgidə daha səbrli olmalısınız. Bu vaxtlarda iş yerinizdə də insanlarla olan münasibətlərinizə diqqət yetirməlisiniz.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bu həftə yeni xəbərlər, sürprizlər və görüşlərlə dolu yeni bir dövrə atılacaqsınız. Eyni zamanda sevgi və sevdiyiniz mövzularda daha ehtiraslı və həyəcanlı ola biləcək yeni dövr başlayır. Fevralın ilk günlərində maliyyə məsələlərində hər şey xeyrinizə olacaq. Fevralın 3-ündən etibarən sevdiyiniz insanlarla bağlı məsələlərdə və uşaqlarla bağlı vəziyyətlərdə daha həvəsli olacaqsınız. Həyata daha ümidlə baxa biləcəksiniz.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Xərclərinizə və iş həyatınıza daha çox diqqət ayıracaqsınız. Sənətinizlə bağlı məsələlərdə yeni qazanc yolları tapa bilərsiniz. Ancaq bu vaxtlarda karyeranızda, eviniz ilə bağlı məsələlər səbəbindən bəzi durğunluqlar ola bilər. Fevralın ilk günlərində düşüncələrinizdə daha yaradıcı ola biləcəyiniz imkanlar yaranacaq. Fevralın 3-ündən etibarən isə, artıq evdə müəyyən aktivlik olacaq. Evdə görüləsi işlər çoxdu. Sevgidə isə bu həftə daha səbrli olmağa çalışın.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu həftədən etibarən daha sürətli addımlar ata biləcəyiniz və özünüzü göstərə biləcəyiniz bir dövr başlayır. Şəxsiyyətinizi ortaya çıxarmaq və özünüzə güvənməklə bağlı məsələlərdə daha çox istəkli görünürsünüz. Eyni zamanda həftə boyu yeni görüşlər və ziyarətlər sizi gözləyir. Düşüncələrinizdə daha dəqiq olmağa çalışın. Xüsusən fevralın 3-ündən sonra yaxın insnlarla görüşlərə can atın. Qadınlar və gözəlliklə bağlı məsələlər də düşüncənizin bir hissəsini tuta bilər. Bu dövrdə onları da yaxşı dəyərləndirin.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Son iki aydır yaranan dəyişikliklərə artıq daha yaxşı uyğunlaşa biləcəksiniz. Ancaq hələ də sizin üçün qaranlıq qalan məqamlar var. Bu günlərdə fədəkarlıq edə biləcəyiniz və maliyyə məsələlərində tələsik hərəkət edəcəyiniz hadisələr ola bilər. İş həyatınızda yeni addımlar atmaq və qabiliyyətinizi daha yaxşı göstərmək niyyətindəsiniz. Fevralın 3-ündən sonra bu məsələlərlə bağlı kənar insanlardan da dəstək alacaqsınız. Bu vaxtlarda pul məsələlərində olduqca çətinliklərlə qarşılaşa bilərsiniz.