Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.
Qoç Bürcü (21 Mart – 20 Aprel)
Bu həftə şəxsi işlərinizlə bağlı məsələlər və yeni başlanğıclar gündəmdə olacaq. Həftə boyu özünüzü həssas hiss etdiyinz sahələrdə və ailə ilə bağlı məsələlərdə daha dürüst olmağa çalışın. Aprel ayının 3-ündən etibarən sevgidə və sizə əyləncə bəxş edən sahələrdə müəyyən durğunluqlar ola bilər. Evlə bağlı məsələlər də bu ərəfələrdə gündəmdə olacaq. Aprelin 6-sı ərəfəsində iş həyatınız, təhsil və ya uzaqlarla bağlı mövzularda məsuliyyəti üzərinzidə olan işlər ətrafında dərindən düşünmək lazım gələcək. Aprelin 7-sində isə, hər hansısa bir layihə üzərində işləyə bilərsiniz. Bu günlərdə daha məhsuldar və çalışqan olacağınız günlərdəsiniz.
Buğa Bürcü (21 aprel – 21 may)
Bu həftə keçmişlə bağlı məsələlər və naməlumluqlar səbəbindən özünüzü kefsiz hiss edə bilərsiniz. Eyni zamanda yaxın dostlarınız və ya ailənizə aid olan bir məsələ ilə bağlı bəzi addımlar atmağınız lazım gələ bilər. Həftənin ilk günlərində gələcək gözləntilərinizlə bağlı düşüncələr içərisində olacaqsınız. Aprelin 6-sı ərəfəsində iş həyatınız, xüsusilə maliyyə məsələləri üzərində bir xeyli düşünmək lazım gələ bilər. Aprelin 7-sindən sonra isə sevərək məşğul olduğunuz bir işdə yaradıcı tərəflərinizdən yaxşı istifadə edə bilərsiniz.
Əkizlər Bürcü (22 may – 22 iyun)
Bu həftə yaxın dostlarla birgə hərəkətli bir həftə qarşıda sizi gözləyir. Ancaq bir tərəfdən də romantik hisslər və ya ailə ilə bağlı məsələlərə də vaxt ayırmaq lazım gələ bilər. Həftənin ilk günlərində özünüzü lazımı qədəri ilə göstərə bilmədiyiniz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Aprelin 7-si ərəfəsində xüsusilə evliliklə bağlı məsələlərdə və şərikli mövzularda diqqətli olmağa çalışın. İş həyatınızdakı planlarda bəzi dəyişikliklərə gedə bilərsiniz. Həftə sonuna yaxın ailə ilə bağlı məsələlər gündəmə gələ bilər.
Xərçəng Bürcü (23 iyun – 22 iyul)
Bu həftə iş həyatınızda sizi hərəkətə gətirən və məsuliyyəti üzərinizdə olan məsələlər daha çox ön planda olacaq. Sənətinizlə bağlı məsələlərdə daha istəkli olacaqsınız. Ancaq xərclərə qarşı diqqətli olmalısınız. Eyni zamanda uzaqlarla bağlı məsələlər də bu həftə sizi məşğul edə bilər. Aprelin 6-sı ərəfəsində sağlamlığınız və iş şərtlərinizlə bağlı məsələlər gündəmə gələ bilər. Bu mövzuda bəzi düşüncələr içərisində ola bilərsiniz. Aprelin 7-sindən sonra isə zehni güc tərəfdən daha fəal və məhsuldar ola biləcəyiniz günlərdəsiniz.
Şir Bürcü (23 iyul – 22 avqust)
Bu vaxtlarda Qoç bürcündə irəliləyən Günəş, özünüzə olan güvəninizdən və fikirlərinizdə daha istəkli olacağınızdan xəbər verir. Ancaq bir tərəfdən də həm maliyyə məsələlərinə həm də işlə bağlı mövzulara qarşı diqqətli olmalısınız. Sənətinizlə bağlı məsələlərdə qərarlı olmağa çalışın. Həftənin ilk günlərində sevgi ilə bağlı məsələlər gündəmdə ola bilər. Bu günlərdə dürüst davranışınız daha yaxşı nəticələr gətirəcək. Xüsusilə övladlarınıza daha çox diqqət ayırmalısınız. Aprelin 7-sindən sonra maliyyə məsələlərində uğurlu həll yolları tapa bilərsiniz.
Qız Bürcü (23 avqust – 22 sentyabr)
Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)
Bu vaxtlarda vacib dəyərləndirmələr və qərarsızlıqlar içərisindəsiniz. Həftənin ilk günlərində sizi işdə və ailədə həssas hiss etdirən vəziyyətlərlə qarşılaşa bilərsiniz. Təmkinli olmağa çalışın. Şərikli işlər və maliyyə məsələlərində yarımçıq qalan işləri tamamlamaq imkanı yarana bilər. Aprelin 6-sı ərəfəsində qarışıq düşüncələr içərisində olacaqsınız. Aprelin 7-sindən etibarən baş verə biləcək hadisələri artıq qəbul etmək məcburiyyətində qala bilərsiniz.
Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)
Bu həftə iş həyatınızda daha çox çalışacağınız və bol zaman ayıra biləcəyiniz günlərdəsiniz. Məhsuldar ola bilmək üçün əlinizdən gələni etməyə çalışırsınız. Həftənin ilk günlərində uzaqlarla bağlı məsələlər və ailənizə təsiri olan mövzular gündəmdə ola bilər. Sevgi həyatınızda və övladlarınızla bağlı məsələlərdə diqqət tələb edən məqamlar ortaya çıxa bilər. Aprelin 6-sı ərəfəsində iş həyatınızı və maliyyə məsələlərinzi maraqlandıran mövzular gündəmdə ola bilər. Daha dərin düşüncələrə ehtiyac duya bilərsiniz. Bu həftə hədəflərinizdə də yeni addımlar ata bilərsiniz.
Oxatan Bürcü (22 noyabr – 21 dekabr)
Bu dövrdə Qoç bürcündə irəliləyən Günəş, həyatınıza rəngarənglik. yaradıcıllıq və aktivlik gətirməkdədir. İşinizə daha çox vaxt ayıra bilərsiniz. Daha planlı olmağa çalışmalısınız. Həftənin ilk günlərində münasibətlərinizdə sizi həssas hisslərə aparan mövzular gündəmdə ola bilər. Ailəvi və şərikli olduğunuz işlərə də bu vaxtlarda vaxt sərf edə bilərsiniz. Aprelin 6-sı ərəfəsində vacib dəyərləndirmələr içərisində oalcaqsınız. Həftə sonuna doğru isə, daha aktiv olacaq və lazım olan düzgün yola çıxa biləcəksiniz.
Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)
Bu həftə yeni başlanğıclar və düşüncələr içərisində olacaqsınız. Bu vaxtlar sevdiyiniz sahələrə daha həvəsnən yanaş bilərsiniz ancaq, sevgidə və övladlarınızla bağlı mövzularda səbrli olmağa çalışın. Həftənin ilk günlərində ev daxilindəki işlər və tərəf müqabilinizə aid məsələlər bəzi həssas məqamlara toxuna bilər. Aprelin 6-sı ərəfəsində məsuliyyəti üzərinizdə olan işlər ətrafında dərin düşüncələrə ehtiyac var. Aprelin 7-si ərəfəsində demək olar ki, bütün sahələrdə uğurlu addımlar ata bilərsiniz. Bu ərəfələrdə yaxşı nəticələr əldə edə bilərsiniz.
Dolça Bürcü (22 yanvar – 19 fevral)
Bu dövrdə Qoç bürcündə irəliləyən Günəş, sizə yeni və maraqlı düşüncələr, sözlərinizdə və görüşlərinizdə özünüzü yaxşı tərəfdən göstərə biləcəyiniz imkanlar gətirməkdədir. Ancaq həftənin ilk günlərində evlə bağlı məsələlər əsasən gündəmdə ola bilər. Aprelin 6-sı ərəfəsində gələcəklə bağlı planlar və sosial sahədə ciddi düşüncə tələb edən irəliləyişlər içərisində olacaqsınız. Planlarınıza nəzər yetirə bilərsiniz. Aprelin 7-sindən etibarən şərikli işlərdə və maliyyə məsələlərində ata biləcəyiniz yeni addımlar içərisində olacaqsınız.
Balıqlar Bürcü (20 fevral – 20 mart)
Bu günlərdə Qoç bürcündə irəliləyən Günəş, bacarıqlarınıza daha çox müraciət edə biləcəyiniz və maddi vəziyyətinizə fikir verəcəyiniz hadisələrdən xəbər verir. Həftənin ilk günlərində sevgidə diqqət çəkən məqamlar gündəmə gələ bilər. Sevdiyiniz işlərə özünüzü ata bilərsiniz. Ancaq sevgidə bu həftə daha düşüncəli ola bilərsiniz. Aprelin 6-sı ərəfəsində xüsusilə iş həyatınızda ciddi düşüncələr içərisində olacaqsınız. Bu vaxtlarda başqalarından gözlədiyiniz cavablar səbəbindən təsir altında qala bilərsiniz.