Astrologiya

Ulduz falı: 26 dekabr – 1 Yanvar (Həftəlik)

Ulduz falı dekabr ayı
1.48Kviews

Türkiyənin ən çox oxunan Astroloq’u, Hakan Kuyucu‘nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə yarımçıq qalan işlərinizi tamamlamaqda müsbət irəliləyişlər gözlənilir. Daim sual olaraq ağlınızda qalan fikirlər öz həllini tapacaq. Sevgi həyatınızda olan müəyyən şübhələr tamamilə sizi azad buraxacaq. Bu azadlıq həyatınızda olan insanla ya sevginizi daha da möhkəmləndirəcək ya da münasibətə bir dəfəlik son qoymuş olacaq. Hər iki nəticəyə özünüzü hazırlayın. Həftə boyunca istirahətə vaxt ayırın və mənəvi gərginlikdən uzaq olun.

Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Bu həftə həyata olan baxışınızı yenidən nəzərdən keçirməlisiniz. Elm, səyahət, iş, təhsil, şəxsi həyat, qohumlar və inanclarınız ilə bağlı bütün hər şeyə yenidən, daha açıq gözlərlə nəzər yetirməyə çalışın. Bütün bunlara baxış zamanı ətrafınızdakı yaxınlarınıza qarşı da diqqətli olun. Hər hansı bir yeni addımda onları qətiyyən incitməyin. Onlara ehtiyacınız var. Əks halda sizin üçün xoş olmayan yeniliklər baş verə bilər. Səhhətiniz ilə bağlı bəzi problemlər ortaya çıxa bilər, diqqətli olun.

Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə boyu gündəmdə əsasən maddi vəziyyət, insanlarla həm maddi həm də məməvi münasibətlər, karyera həyatınız və ailə ilə bağlı məsələlər ön planda olacaq. Ancaq rahat olun göy üzü sizinlədir və bütün bu məsələlərdə doğru addımlar atacaqsınız. Təbii ki, ani qərarlardan uzaq duraraq və yaxınlarınızın fikrini öyrənərək hərəkət etmək şərti ilə. Ümumilikdə isə ağır bir həftə sizi gözləyir. Bu ərəfədə yaxşı qidalanmağa və düzgün istirahət etməyə çalışın. Əks halda gücünüzü itirə bilərsiniz.

Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

İş həyatınızda diqqətli olmağa və ciddiyyətdən yayınmadan düzgün addımlar atmağa çalışın. Başqalarının fikri sizi müəyyən addımlarda yönəldə bilər. Onlara qulaq asmağınız yaxşıdır, ancaq günün sonunda öz qəlbinizi və düşüncənizi dinləyərək hərəkət edin. Əsasən maddi məsələlər ilə bağlı vəziyyətlərdə öz fikrinizə güvənin. Həftə içərisində əsasən həyəcanlı olacaqsınız. Bu da müəyyən qəzalara səbəb ola bilər. Bacardığınız qədər sakit olmağa çalışın. Yeni münasibət yaşayan insanlar bu həftə sevgi hisslərini daha aşkar dilə gətirə bilərlər. Bu mövzularda diqqətli olun. Düşünülmüş addımlar atmalısınız.

Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Sevgi, ailə və ya dostlarla olan münasibətlərə daha ciddi diqqət yetirməyə çalışın. Əgər son vaxtlar hər hansısa ciddi problemləriniz varsa oturub onlarla danışmalısınız. Mütləq onları dinləməyə çalışın. Bu şəkildə yarana biləcək problemləri daha asan həll etmiş olarsınız. Qış mövsümü olduğu üçün soyuqlara qarşı diqqətli olun. Bu ərəfələrdə hər hansısa bir işə yatırım etmək istəyirsinizsə ilk öncə büdcənizə diqqət yetirməlisiniz. Hər şeyi dəqiqliklə hesablamağa çalışın. Əks halda pis nəticələri ola bilər.

Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə sevgi həyatınızda güvən, hörmət və məsuliyyət axtarışları ön plana çıxacaq. Bu tələblər haqqınızdır ancaq çalışın bu səpgili istəkləriniz qarşı tərəflə olan münasibətinizə pis təsir göstərməsin. Tək sevgi yox, eyni zamanda bu həftə ailə qurma və boşanma məsələləri də ciddi addımlar, yüksək diqqət tələb edir. Səhhətinizlə bağlı köhnə problemlər yenidən gündəmə gələ bilər. Birdəfəlik həll üçün daha böyük addım atmaq istəyə bilərsiniz. İş həyatınızda isə gücünüzü göstərmək və özünüzü sübut etmək istəkləri baş qaldıra bilər. Hədəflərinizə gedən yolda qətiyyən geri addım atmayın. Düşüncələriniz sizə haranı göstərirsə ora doğru irəliləməyə çalışın.

Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Keçmişdə baş verən və ciddi izlər buraxmış hadisələr yenidən özünü xatırlada bilər. Əgər bu hadisələr sizə qarşı müsbət təsirlər yaradacaqsa o zaman rahat olun. Yox əgər pis xatirələri varsa o zaman ondan uzaq durmağa çalışın. Çünki bu hadisələr sizi həyatınızdakı sevinclərdən uzaqlaşdıra bilər. Keçmişə deyil daha çox yeniliklərə can atın. Enerjinizi yüksək tutmağa çalışın.

Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə iş həyatınızda yüksək motivasiya hökm sürəcək. İş yerinzi dəyişməyə, yatırımlar etməyə və ya gəlir məsələlərində yeni addımlar atmağa meyilli olacaqsınız. Ancaq bu həftə gərək təmkinli və ağıllı davranışlar sərgiləyəsiniz. Sevgi həyatınız ilə bağlı isə o qədər də xoş olmayan bir həftə yaşaya bilərsiniz. Partnyorunuzla münasibətlərdə bəzən durğun bəzən isə sərt olaçaqsınız. Bütün bunların qarşısını almaq istəyirsinizsə qarşı tərəfi də götürərək xoş və kiçik bir səyahətə çıxın. Bu münasibətinizə müsbət təsir göstərəcək. Səhhətiniz ilə bağlı da istirahətə ehtiyacınız var. Mütləq dincəlməyə çalışın.

Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

İlin sonunda keçmişə nəzər salaraq səhvlərinzi axtaracaq və onları düzəltməyə çalışacaqsınız. Deyək ki, gəlir məsələləriniz ürəkaçan deyilsə işinizi daha da dogru idarə etmək istəyəcəksiniz. Ailə ilə bağlı hansı məsələlər qaydasında deyilsə onları yaxşılaşdırmağa çalışacaqsınız. Odur ki bütün sahələrdə səhv olanları düzəltmək fikrinə düşəcəksiniz. Bu yaxşı fikirdir ancaq mənə qulaq asın. Qeydlərinizi götürün, qərarlarınızı dəqiqləşdirin amma bütün bunları və digər planlarınızı həyata keçirmək üçün yeni ili gözləyin. Bu həftə dəyişikliklər etmək üçün göy üzü sizinlə deyil. Və bu yaxşı nəticələr verməyə bilər. Siz qışın bu ərəfəsində çalışın daha çox istirahət edəsiniz.

Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Fırtınalı bir həftədəsiniz. Şəxsi qərarlarda diqqətli olmalısınız. Şəxsi həyatınızda daha öncə fərqində olmadığınız bir nüansı görə bilər və ona qarşı hücuma keçə bilərsiniz. Əgər sərt davranaraq partnyorunuzu dinləmədən hərəkət etsəniz bu zaman mövcud problemi həll etmək əvəzinə münasibətinizi sonlandıra bilərsiniz. Unutmayın sevgi bu deyil, hər insanın hadisələrə fərqli baxış tərzi var və mütləq qarşınızdakı insanı da dinləməlisiniz. Yeni il öncəsi ən böyük düşməniniz daxili gərginliyiniz və onun yaratdığı stress olacaq. İdman və ya maraq dairənizdə olan başqa yollarla bu mənfi enerjini dağıtmağa çalışın.

Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Hələki tam əmin olmadığınız və ya qərar verə bilmədiyiniz məsələlər ətrafında daha dərindən düşünməlisiniz. Hər hansısa münasibətə başlamaq və ya sonlandırmaq üçün düzgün vaxt deyil. Eyni hal iş həyatınıza da daxildir. Ağlınızda yeni fikirlər və ya köklü dəyişikliklər varsa yeni ili gözləməlisiniz. Bu vaxtlarda sağlamlığınız ilə bağlı müəyyən addımlar atmağınız daha yerində olar. Səhhətinə o qədər də çox əhəmiyyət verməyən bir bürc sahibi olduğunuz üçün belə bir şansı dəyərləndirmək sizi qarşıdakı aylarda siğortalaya bilər.

Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Planlarınıza və layihələrinizə yenidən nəzər salın. Tələsməyin, addımlar atmaq üçün yeni il daha uğurlu vaxtdır. Həftə sonuna doğru sevgi həytınıza daha çox vaxt ayıracaqsınız. Partnyorunuzla münasibətlərin davam etməsi ya da sonlanması məsələlərində həssas dövrdəsiniz. Hər iki tərəf də sağlam münasibət üçün ortaq qərarla hərəkət etməlidir. Əgər sizə xoş olmayan məqamlar varsa bunlar barədə oturub qarşı tərəflə danışmalısınız. Bu şəkildə səhv düşüncələrdən uzaqlaşa bilərsiniz.