KosmosTəbiət

‘Ulduz düşməsi’ nədir? | National Geographic’dən ‘ulduz yağışı’

Ulduz düşmesi nedir
2.95Kviews

Buludsuz gecələrdə səmaya baxdığımızda ulduzları kiçikdə olsa dəqiq görə bilirik. Hətta bəzən bu ulduzların səmada parlaq iz buraxaraq düşdüyünə də şahid olmuşuq. “Ulduz düşməsi” olaraq adlandırdığımız bu hadisə əslində göy daşlarının yer dəyişdirməsi hadisəsidir. Gördüyümüz o parlaq işıq da göy daşlarına aiddir.

Günəş sistemi içində saysız meteorit hərəkət etməkdədir. Bunlar günəşin və günəşin ətrafındakı planetlərin cazibə qüvvələri arasında davamlı olaraq yerlərini dəyişməkdədir.

Dünyanın etafında da tez-tez görünən bu meteoritlər, dünyanın orbitinə daxil olduqdan sonra cazibə sahəsinə girdikləri üçün atmosferə doğru sürətlə enərlər. Ancaq atmosferdə irəliləyərkən sürtünmədən qızdıqları üçün, yanar və arxalarında parlaq bir iz buraxarlar. Yanaraq süzülən meteoritlərin əksəriyyəti səmada parçalanaraq yox olar. Əksər insanlar isə bu hadisəni ulduz düşməsi olaraq bilməkdədir.

yaaz.az
Dünyaya düşən ən böyük meteorit, Afrika qitəsi

Dünyaya düşən ən böyük meteorit 80 ton ağırlığındadır və Afrika qitəsinə düşmüşdür.

Atmosferdə parçalanan meteoritlərə meteor, yer üzünə düşənlərə isə meteroit deyilir.

Hər il dünyamıza orta hesabla 200 min meteorit düşür. Buna görə də “ulduz düşməsi” adını verdiyimiz bu hadisəni tez-tez görmək mümkündür. Parçalanmış meteoritlərin böyük bir qisimi okean və dənizlərə düşür. Beləcə insanlar da bu təhlükədən xilas olur.

Ancaq istər daş istərsə də ulduz olsun gecə ikən təmiz səmalarda bu fərqliliyi izləmək, illərdir insanların şahid olduğu ən gözəl təbiət hadisələrindən biridir.

Bu günə qədər bu hadisəni izləyə bilməyən insanlar üçün National Geographic‘in 2 həftə öncə qeydə aldığı video çəkilişi təqdim edirik.

National Geographic’in daha çox hava çirkliliyinə qarşı həyata keçirdiyi bu layihədə meteoritləri aydın müşahidə etmək mümkündür.