Futbol

UEFA-dan 659 kluba 150 milyon avro

601views

Avro 2016 seçmə və qrup mərhələsində çıxış edən futbolçuların klublarına 150 milyon avro veriləcək.

UEFA-dan verilən açıqlamaya görə,  Avro 2016-nın seçmə və qrup mərhələsi oyunlarında ölkələrə oyunçu göndərən UEFA üzvü olan 659 kluba əldə olunan gəlirdən 150 milyon avro rekord məbləğdə pay ayrılacağı deyilib. Pulun 100 milyonu əsas qrup mərhələsində çıxış edən futbolçuların klublarına, 50 milyonu isə seçmə mərhələdə çıxış edən futbolçuların klublarına göndəriləcəyi bildirilib. Pay alan klublar və klub başına nə qədər pulun düşdüyü isə yaxın günlərdə xəbər veriləcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı