Gündəm

Türkiyədə daha bir partlayış, 13 nəfər həyatını itirib

Daha bir partlayış, Türkiye, Kayseri
589views

Türkiyədə bu gün səhər saatlarında, Kayseri vilayəti Erciyes Universitetinin tələbə şəhərciyində güclü partlayış baş verib.

Alınan ilkin məlumatlara görə partlayış Atatürk Bulvarı yaxınlığında meydana gəlib və avtobusda 2 günlük icazəyə çıxan əsgərlərin olduğu bildirilir.

CNN Tük kanalına danışan AK Partiya Millət vəkili Hülya Nərgiz, aldığı məlumatlara əsasən hadisədə 13 nəfərin həyatını itirdiyini bildirib.

Hadisə avtobusun yanına gələn bir avtomobilin partlaması nəticəsində baş verib.

Yaralılar təcili yardımlar vasitəsi ilə Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanası və şəhərdəki müxtəlif xəstəxanalara qaldırılıb.

Polis, partlayışın ardından hadisə yerində geniş təhlükəsizlik tədbirləri həyata keçirir.

https://twitter.com/brk3880/status/810017070876241920?ref_src=twsrc%5Etfw