Avtomobil

Türkiyənin ilk elektrikli avtobusu AvenueEV təqdim edildi

707views

Bütün dünyada elektrik avtomobillərlə əlaqədar işlər davam edərkən, Türkiyədə də elektrikli avtomobillər mövzusunda bəzi addımlar atıldığını tez-tez eşidirdik.

TemsaAselsan əməkdaşlığı ilə Türkiyənin ilk elektrikli avtobusu AvenueEV‘in təqdimatı reallaşdırılıb.

Ticarət vasitə kateqoriyasında əhəmiyyətli istehsalçı ölkələrdən biri olan Türkiyə, ixracat mövzusunda da bu sahədə əhəmiyyətli bir rola sahibdir. 100% yerli və elektrik avtobus Avenue Evin qısa bir müddət sonra davamlı istehsala keçməsi hədəflənir. Elektrikli avtobusun həm Türkiyədə istifadəsi, həm də ixrac edilməsi gözlənilir.

temsaavenue1-1000x562

8 dəqiqədə sürətli şarj xüsusiyyəti ilə tam olaraq şarj edilə bilən elektrikli avtobus, bir dəfəlik şarjla 50 ilə 70 kilometr arasında məsafə qət edə bilir. Sərnişin sayına yəni ağırlığa görə avtobusun qət etmə məsafəsi dəyişiklik göstərir. Cəmdə 88 sərnişin tutumlu avtobus, 35 oturan sərnişin, 52 ayaqda duran sərnişin ala bilir və həmçinin təkərli-kürsülü bir sərnişin tutumu da mövcuddur.