Dünya

Çinli qadın altı gün fasilə ilə iki dəfə doğuş keçirdib

926views

Çinin Hebei əyalətinin Yichang şəhərində bir qadın oğlunu doğduqdan 6 gün sonra əkiz qız uşağını dünyaya gətirdi.

China Timesin bildirdiyinə görə, Çinin Yichang şəhərində 2012-ci ildə evlənən bir cüt, ötən il uşaq sahibi olmaq üçün müalicəyə başlayıblar. Müalicənin ardından üçəmlərə hamilə qalmağı bacaran ana, 21 fevralda, 1.44 kiloqram bir oğlan uşağı doğub.

Həkim, digər körpələrin doğumunun daha sonra reallaşması və hamiləliyin davam etməsinə qərar verib. Ana, 27 fevralda da əkiz qız uşaqlarını dünyaya gətirib.

Körpələr müşahidə altına alınarkən, həkim ana bətnində oğlan körpə və qız əkizlərin rüşeym qılafı ilə bir-birindən ayrı olduğunu deyib.