Gündəm

Spotify, SoundCloud`u almaq fikrindədir

421views

Tanınmış musiqi xidməti Spotify’nin SoundCloud’u satın almaq üçün danışıqlara başladığı bildirilir..

Kifayət qədər tanınmış musiqi xidməti Spotify böyüməyə davam edir.

Bu ay içərisində 40 milyon ödənişli abunələri və 100 milyon aktiv istifadəçiyə çatdığını bildirən Spotify, arxadan sürətli gələn Apple təhdidinin fərqindədir.

Bu mövzuda işlərini davam etdirən musiqi şirkəti, daha da güclənə bilmək üçün əhatəsini genişləndirmək fikrindədir. Financial Times-ın hesabatına görə Spotify, bir başqa musiqi xidməti SoundCloud’u satın almaq üçün danışıqlara başlayıb.

Digər tərəfdən SoundCloud, məzmun mənasında Apple Music ya da Spotify’dan olduqca fərqli bir quruluşdadır.

Belə ki, sözü gedən sistem daha çox həvəskar və “underground” olaraq xarakterizə edilən məzmunlara ev sahibliyi edən platformadır. Bu da Spotify’in məzmununu zənginləşdirməsinə əsas verir.

Bu mövzu ilə əlaqədar hələki şirkətlərdən heç bir rəsmi açıqlama olunmayıb.