Dünya

Şotlandiyada hər körpə uşaq üçün pulsuz “ehtiyac paketi” veriləcək

764views

Şotlandiya Baş Naziri Nicola Sturgeon, 2017-ci ildən etibarən hər körpənin ehtiyaclarını pulsuz qarşılayacaq bir paket verəcəklərini açıqlayıb.

Independent’in xəbərinə görə, Finlandiyanın körpə gözləyən qadınlara qarşı “ehtiyac paketi”nin bir bənzəri də Şotlandiyada paylanacaq. Hazırda Finlandiya, bu ehtiyac paketini, uşaq ölümlərinin qarşısını almaq və yaşama şanslarını artırmaq üçün, körpə gözləyən ailələrə verir.

Ehtiyac paketinin içində uşaq geyimləri və uşaq bezlərinin də olduğu bildirilərkən, Şotlandiya Baş Naziri Nicola Sturgeon, layihəni ilk mərhələdə pilot rayonlarda həyata keçirməyə başlayacaqlarını, gələcək yay aylarında da bütün ölkə miqyasında yayacaqlarını bildirib: “Bütün zəruri ehtiyaclarla dolu uşaq paketini hazırlamaq sözünü verdik. Bu fikrə Finlandiyadan ruhlanaraq gəlmişik. Çünki Finlandiya, dünyada uşaq ölümlərinin ən az görüldüyü ölkədir”.