Məşhurlar

“Billboard” jurnalı İlin Qadının adını açıqladı

646views

9 dekabrda Nyu Yorkda musiqi dünyasının ən nüfuzlu nəşrlərindən biri olan “Bilboard” jurnalının təntənəli mükafat gecəsi keçiriləcək.

O tarixə qədər isə 2 ay müddətində jurnalistlər müxtəlif nominasiyalarda qaliblərin adlarını açıqlayacaqlar.

Oktyabrın 15-i keçirilən “Musiqidə qadın” tədbirində ilin qadını kimi 58 yaşlı Madonnanın adı açıqlanıb.

mad2

Tamaşaçılar Madonnanın 2016-cı ildə baş tutmuş son işi olan  Rebel Heart Tour-una milyondan çox bilet alaraq müğənnini 170 milyon gəlirin sahibi ediblər. Bütün karyerası boyunca isə 1,31 milyard gəlir əldə edən Madonna 13 albomun, 28 filmin, 7 “Grammy” mükafatı sahibi olmuşdur.

Hollywood Reporter-in yaradıcı rəhbəri Jenice Min-in sözlərinə görə, Madonnanın  sənəti yalnız musiqi sahəsinə deyil, musiqinin hüdudlarından kənara da təsir edir.