Hollandiyalı fotoqraf Guido Diana Şimali Amerikanı kəşf etmək üçün 2016-cı ilin sentyabr ayında 3 aylıq bir səfərə çıxır.
Fotoqraf yazısında bildirir ki, bu onun ən böyük arzularından biri olub.
Səyahət edilən 24.000 km’lik bir məsafədə Diana, möhtəşəm mənzərələrə şahid olaraq onları öz fotoaparatı ilə ölümsüzləşdirir.
Səfəri çərçivəsində Colorado’nun sarı-qızılı payız rəngləri, Kanadada Rockies’in inanılmaz gölləri, San Francisco’da Golden Gate körpüsü və Büyük Kanyonun ətəklərində ayı ilə qarşılaşdığını söyləyən fotoqraf, bu mənzərələrin həyatının bənzərsiz anları olduğunu bildirir.
Mənzərələri belə gözəllikdə gözləmədiyini vurğulayan Diana, şahidi olduğu təbiətin dünyanın ən gözəl yerləri olduğunu söyləyir.
Beləliklə Şimali Amerika səfəri çərçivəsində Guido Diananın özü tərəfindən seçilən 10 ən yaxşı fotoşəkil və həmin yerlər haqqında öz dilindən xatirələr:
1. Cypres Tree Tunnel, California
Cypres Ağac Tuneli, San Fransisco’dan sadəcə bir saatlıq məsafədə məşhur bir yerdir. Səhərin yeni qalxan günəşi ilə təbiətin bu tuneli inanılmaz mənzərə yaradır.
2. Athabasca Falls, Canada
Athabasca Falls’dakı Instagramda çox qarşılaşdığımız həmən yer. O qayanın üzərində durmağa cəsarətim çatmırdı, bəxtimnən həmin ərəfədə bu xanım mənə poz vermək istədi.
3. Courthouse Mountain, Colorado
Bu yerə gəlib çıxmaq üçün qət etdiyim ən çətin yürüyüşlərdən biri. Ancaq buna dəyərdi, indiyə qədər gördüyüm ən gözəl mənzərələrdən biridir. Payızda bu qədər sarı ağacların bir yerdə olduğunu təsəvvür edə bilməzdim.
4. Peyto Lake, Canada
Davamlı olaraq kiçik düşərgələr qurmağım səbəbindən ən soyuq gecələrdən biri idi. Ancaq səhər oyandığımda qışın ən gözəl mənzərəsi ilə qarşı-qarşıya qaldım.
5. Antalope Canyon, Arizona
National Geographic’in məşhur qapaq rəsmi. Yaxşı bir fotoşəkil alındıra bilmək üçün əla təcrübə.
6. Emerald Lake, Canada
Emerald gölünə baxdığım zaman daim bu işıqlı evdə yaşamaq arzusu yarandı içimdə.
7. Glacier Point Yosemite, California
Bu fotoşəkli ‘Ən böyük ay’ gecəsində çəkmişdim. Bu mənzərə də məni ovsunlamışdı.
8. Bow River, Canada
Louise gölü tərəflərdə Bow çayının yanında möcüzəli qatar yolunu görə bilərsiniz. Qatarın gəlməsi üçün -5 dərəcə istilikdə 45 dəqiqə gözlədim!
9. Horseshoe Bend, Arizona
Məşhur Horseshoe Bend’ə ziyarətim əsnasında böyük bir fırtına baş verdi. Səmanın görüntüsü məni özünə çox cəlb etmişdi və bir neçə saniyə gözlədikdən sonra nəhayət göylərdəki boz buldların arxasındakı o mavi xətti tuta bildim.
10. Athabasca Glacier, Canada
Həmin yerlərdə əsl bir buz mağarası ilə qarşılaşdım! Buzun möhtəşəm maviliyini görsəniz inana bilməzsiniz. Yalnız içində gəzmək və onlara toxunmaq hissi tüklərimi biz-biz etdi! Burada mağaranın gözəlliyi ilə yanaşı iqlim dəyişikliyinin getdikcə artması problemlərinin nə qədər böyük olduğunun fərqinə vardım. Buzların asanlıqla necə əridiklərinin şahidi oldum!
Fotoqrafın Instagram səhifəsi: @dutchieslife