Cihazlar

Samsung’dan ağıllı üzük gəlir

852views

Telefon, ayaqqabı, biləklik və s. deyərkən indi də zinət əşyaları ağıllanmağa başladı.

Bir çox məhsul patentlər vasitəsilə gün üzünə çıxa bilir, məsələn Samsungun ağıllı üzüyü bunlardan biridir.
Koreyada alınan bu patentdə rəsmi olaraq üzüyün olduğu müəyyəndir. Şəkilə baxsaq üstündə sensorlar və microSD kart yuvasının da olduğu görünür. Ehtimalla sensorlar ürək atışına nəzarət edəcək. Təbii ki bunun yanında başqa biometrik məlumatların da tutulması yüksək ehtimalla mümkün olacaq. İşin pis tərəfi patent tərkibində ağıllı üzük üçün daha çox detal yoxdur.
Əgər Samsung ağıllı üzüyün haqqını versə, ağıllı telefon və digər cihazlar ilə yanaşı, virtual reallığa təməl nəzarət olaraq üzük istifadə edilə bilər. Bazara təsir edəcək bir hərəkət olacaq deyəsən.461444298187