Kosmos

Samanyolunun mərkəzində yeni ulduz ailəsi kəşf edildi

1.51Kviews

Samanyolunun mərkəzində yeni ulduz ailəsi kəşf edildi.

Araşdırmaçılar, Samanyolu qalaktikasının mərkəzində yeni bir ulduz ailəsinin varlığını kəşf ediblər.
Müşahidə layihəsi “Sloan Sky Digital Survey” çərçivəsində çalışan tədqiqatçılar, ABŞ-ın New Mexiko ştatındakı Apache Point Rəsədxanada olan kosmos teleskopundan əldə etdikləri infraqırmızı izləmə məlumatlarını qiymətləndiriblər. Daha əvvəl qalaktikanın mərkəzində olan toz buludunun arxasında qaldığı üçün birbaşa görülməyən bölgəni araşdırıblar və varlığı daha əvvəl bilinməyən bir ulduz ailəsini təyin ediblər.
Kəşf edilən ulduz birliyi, Samanyolunun meydana gəlməsinin erkən mərhələlərində ortaya çıxan və bir milyon ulduzdan ibarət olan qlobal çoxluq içindəki ulduz qruplarına bənzərlik göstərdiyi ifadə edilib.