Bakı Şahmat Olimpiadası

Şahmat Olimpiadasına hazırlıq yekunlaşmaq üzrədir

545views

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıqlar yekunlaşmaq üzrədir. SportLine.az xəbər verir ki, bu gün yarışa ev sahibliyi edəcək Bakı Kristal Zalında media nümayəndələri ilə görüş olub. Yarışın mətbuat katibi Sənan Şəfizadə Olimpiadada 180 ölkənin iştirak edəcəyini xatırladaraq, nümayəndə heyətlərinin avqustun sonlarında Bakıya gələcəyini bildirib. Bundan əlavə, Olimpiada vaxtı Kristal Zalında şahmat sərgisinin və şahmat kafesinin fəaliyyət göstərəcəyi qeyd olunub.

Ardınca medai tur çərçivəsində yarışın keçiriləcəyi zal media nümayəndələrinə təqdim edilib. Bildirilib ki, yarışı 1610 tamaşaçı zaldan izləyə biləcək. Ehtiyac olarsa, yerlərin sayı artırıla bilər. Sonda jurnalistlərə Olimpiada vaxtı yarışı işıqlandırmaqla bağlı təlimatlar verilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1-14 sentyabr tarixlərində keçiriləcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı