Rolls-Royce avtomobil şirkəti Britaniya rokuna həsr olunmuş Bespoke adlı avtomobil seriyası buraxacaq.
“Inspired by British Music” kolleksiyasından ilk iki maşın “The Who” qrupunun üzvü Rocer Doltri ilə əməkdaşlıqda yaradılacaq.
Dizaynda qrupun tarixindən motivlər – qrupun loqotipi və qapılarda lazerlə həkk olunmuş Doltrinin mikrofonunun rəsmi əks olunacaq.
Layihədə iştirak edəcək digər musiqiçilərin adları yaxın zamanda açıqlanacaq.
Ümumilikdə seriyaya 9 “Waith” avtomobili daxil olacaq. Onların hər biri Britaniya musiqi səhnəsinin ikonalarının müəllif tərzini əks etdirəcək. Maşın özü isə kolleksionerlər üçün çox dəyərli eksponat kimi dəyərləndirilir.
Avtomobillərin satışlarından əldə edilən vəsaitin bir hissəsi xeyriyyə təşkilatlarına, o cümlədən, onkoloji xəstəlikli yeniyetmələrə kömək fonduna (The Teenage Cancer Trust) yönəldiləcək.