Futbol

Football Leaks’in gizli sənədləri idman dünyasını sarsıdacaq

627views

Aralarında İspaniyanın Real Madrid komandasının oyunçusu Cristiano Ronaldo və Manchester United’in meneceri Jose Mourinho kimi futbol dünyasının əhəmiyyətli ulduzlarının olduğu bir çox insan vergidən yayınmaqda günahlandırılır.

Avropa daxilində 12 media quruluşunun araşdırmaları nəticəsində ortaya çıxan və Football Leaks adıyla nümayiş olunmağa başlanan 18 milyon gizli sənəd, belə görsənir ki, idman dünyasını sarsıdacaq.

Ortaya çıxan məlumatlara görə bir çox idmançı, vergi cənnəti olaraq adlandırılan ölkələrdəki şirkətlərlə müqavilə bağlayaraq, yaşadığı ölkədə az miqdarda vergi ödəyirmiş.

Ələ keçirilən və 3 həftə boyunca təqdim ediləcək gizli sənədlərdən ilk sızan məlumatlar arasında Radamel Falcao, Cristiano Ronaldo və Jose Mourinho adları önə çıxıb.

Ronaldonun bu günə qədər 150 milyon, Jose Mourinhonun isə 12 milyon avrodan yayındığı bildirilir.