Rio 2016

RİOda 14-cü gün, sərbəst güləşçilərimizdən daha 2 medal

809views

Olimpiadanın sonlarına doğru ölkəmizin medallarının sayı getdikcə artır. Bu gün mübarizəyə 6 idmançımız qoşulub. Kişilərin 64 kq boks yarışlarında təmsilçimiz Lorenzo Sotomayor erməni əsilli alman boksçu Artem Harutunyan üzərində möhtəşəm qələbə qazanaraq finala vəsiqə qazandı.Finalda onun rəqibi özbəkistanlı Fazliddin Gaibnazarov olacaq.Döyüş 21 oktyabr Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.İdmançımıza uğurlar arzulayırıq.

Sərbəst güləş yarışlarında bu gün 2 çəki dərəcəsində təmsilçilərimiz mübarizəyə başlayıb. 57 kq-da çıxış edən Hacı Əliyev cənubi koreyalı Yun Junsikə qalib gəlsədə 1/4 finalda gürcü Vladimir Kinchegashviliyə məğlub oldu.Gürcü güləşçi finala qədər irəlilədiyindən Hacı təsəlli verici görüşlərdə çıxış etmək hüququ qazanıb.Burada isə o, əvvəlcə qazaxıstanlı Nurislam Sanayevi ardınca isə bolqar Vladimir Dubovu məğlub edərək bürünc medal qazanıb.

74 kq-da çıxış edən güləşçimiz Cəbrayıl Həsənov yarım finala kimi heç bir rəqibinə şans vermədi. Lakin yarım finalda rusiyalı güləşçi Anuiar Geduevə məğlub olan Cəbrayıl bürünc medal uğrunda görüşdə özbək Bekzod Abdurrakhmanovu məğlub edərək daha bir bürünc medalı ölkəmizin aktivinə yazdırdı.

Ritmik gimnastika yarışlarında Mariya Durunda ölkəmizi təmsil edirdi. Təsnifat mərhələsində uğurlu çıxış edən Mariya finala vəsiqə qazandı.

Bu gün ölkəmizin aktivinə daha 2 bürünc yazıla bilər. Taekvando yarışlarında kişilərin 80 kq çəki dərəcəsində Milad Beigi Harchegani ölkəmizi təmsil edirdi. Malili İsmail Coulibalyni və iranlı Mahdi Khodabakhshini məğlub edən Herchegani yarım finalda Böyük Britaniya taekvandoçusu Lutalo Muhammada məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq. Herchegani kimi bu gün mübarizə aparan digər taekvandoçumuz Fəridə Əzizova da yarımfinala qədər uğurla irəliləsə də cənubi koreyalı Hyeri Oha məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq. Bürünc medal uğrunda görüşlər Bakı vaxt 04:00-dan etibarən başlayacaq.Hər iki idmançımıza uğurlar arzulayırıq.

 

Elnur Cəfərov
idman xəbərləri yazarı