Bugün olimpiyadada Yunan-Roma güləşi üzrə 2 çəki (59 kq və 75 kq) dərəcəsində yarışlara start verilib. 59 kq cıxış edən təmsilçimiz, əsas medal ümidimiz Rövşən Bayramov mübarizəyə 1/8-dən başlayıb. 1/8-də Rövşənin rəqibi Venezuelalı Joze Raiber Rodriguez olub və güləşçimiz 8-0 hesabı ilə qalib gəlib. 1/4-də amerikalı David Thielkeyə də heç bir şans verməyən Bayramov rəqibinə 9-0 hesabı ilə qalib gəlib. Təssüflər olsun ki, 1/2 finalda Rövşən yapon Oto Shinobuya məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq. Bürünc medal uğrunda görüş təxminən Bakı vaxtı ilə 23:30 da baş tutacaq.
75 kq-da çıxış edən digər təmsilçimiz Elvin Mürsəliyev əvvəlcə 1/16 finalda misirli Rashad Mahmoud Sebieyə qalib gəldi,ardınca 1/8 finalda Qazaxıstan güləşçisi Dozshan Kartikovu məğlub edən Elvin 1/4 finalda macar Peter Bacsı ilə bacarmadı. Macar güləşçi finala qədər irəliləyə bilmədiyinə görə Elvin təsəlliverici görüşlərə də vəsiqə qazana bilmədi.