Gündəm

‘Reket jurnalistlər’ şantaj videolarla vəzifəli şəxslərdən pul tələb ediblər

607views

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan “reket jurnalist”lər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, “reket jurnalist”lər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: “Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək”.