891
Türkiyə Kubokunun ikinci mərhələsinin oyunları keçirilib. Milli komandamızın üzvü Ramil Şeydayevin forma geyindiyi “Trabzonspor” öz meydanında “Serhan Ardahanspor” klubunu qəbul edib. “Trabzonspor”un 6:0 hesabı ilə qələbə qazandığı matçda Şeydayev meydana 64-cü dəqiqədə daxil olub və komandasının son qolunu vurub.
Qeyd edək ki, bu, futbolçumuzun “Trabzonspor”da keçirdiyi ilk rəsmi oyun olub.
add a comment