Gündəm

Rəcəb Tayyib Ərdoğan qiyam gecəsindən sonra yenidən danışıb

842views

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qiyam gecəsindən sonra yenidən danışıb.

O, “15 iyul dostlarımıza bu ölkənin yalnız siyasi, iqtisadi, diplomatik hücumlara deyil, eyni zamanda, hərbi təxribatlara qarşı da güclü olduğunu, yıxılmayacağını, relsindən çıxmayacağını göstərdi” deyib.

Ərdoğan bu sözləri Yenikapı Mitinq ərazisində keçirilən “Demokratiya və Şəhidlər Mitinqi”ndə vətəndaşlara xitab edərkən deyib:

“O gecə sanki ölümü öldürərək küçələri, meydanları dolduran milyonlarla vətəndaşımız şəhidlik və qazilik şərəfinə nail olduar. Adlarını tarixə qızıl hərflərlə yazdırdılar. İnanın mənə, vətən uğrunda verilən mübarizədə bu rütbəyə çata bilmək hər zaman əldə olunacaq nailiyyət deyil”.