Sağlamlıq

Qışda ürəyi qorumağın 8 qızıl qaydası

Ürəyi qorumağın 8 qızıl qaydası
2.08Kviews

Qış aylarında yüksək qan təzyiqi, ürəyin ritm pozuqluğu, infarkt, ürək çatışmazlığı və ürəklə bağlı ani ölümlərin sayı daha çox müşahidə olunur. Bunun kökündə də hava temepraturunun aşağı düşməsi, fiziki fəaliyyətin azalması, hava çirkliliyi, səhv qidalanma vərdişləri və hormonal dəyişikliklər kimi bir çox faktlar dayanır.

Soyuq havaya uzun müddət məruz qalmaq bədən istiliyinin düşməsinə səbəb olarkən; həddindən artıq küləkli hava da bədəni əhatə edən istilik təbəqəsini dağıdır. Düşən istiliyin təsiriylə damarlar daralmağa başladığında qan axınında azalma olur. Ürəyə gedən oksigen miqdarı azaldığı üçün ürək daha çox qan vurmağa çalışır; ürəyin sürəti artır və qan təzyiqi yüksəlir. Bu səbəbdən də insan infarkt ola bilir. Buna görə də qış mövsümündə ürəyimizi qorumaq həyati əhəmiyyətə sahibdir.

Türkiyənin NTV kanalına müsahibə verən ürək damar xəstəlikləri mütəxəssisi Dos. Dr. Güliz Erdem, qış aylarında ürək sağlamlığı üçün vacib olan 8 əsas qaydaya diqqət etməyin vacibliyindən danışıb.

Güliz Erdem, həyati əhəmiyyətə sahib qaydaları bu şəkildə sıralayıb:

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

1. Bədəninizin xəbərdarlıqlarına diqqət yetirin

Özünüzə istirahəti öyrədin, bədəninizin göndərdiyi sinə ağrısı, nəfəs darlığı və ürək döyünməsi kimi xəbərdarlıqları görməməzlikdən gəlməyin. Məsələn sinə ağrınız varsa, keçər deyə gözləməyin; ən yaxın təcili xidmətə gecə-gündüz fərq etmədən müraciət edin. Çünki ürək infarktı həyati əhəmiyyət daşıyır.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

2. Qat-qat geyinin

Soyuqdan qorunmaq üçün tək bir qalın paltar yerinə, qat qat geyinməyə üstünlük verin. Çünki bu şəkildə geyinmək, bir növ izolyasiya kimi əlavə bir hava təbəqəsi meydana gətirir. Beləcə bədən istiliyinin daha yaxşı qorunmasını təmin edir. Başımız bədən istiliyinin itirildiyi əsas bölgələrdən biridir. Bu səbəbdən küçəyə çıxarkən papaq taxmağa laqeyd yanaşmayın. Xüsusilə donmağa daha həssas olan qulaqlarınızı və tez istilik itirən əllərinizi qoruyacaq şəkildə geyinməyi unutmayın.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

3. Məşqlərə davam edin

Soyuq havadan qorunmaq lazımdır. Ancaq havanın soyuq olması məşqi buraxmağınız üçün bir səbəb olmamalıdır. Möhkəm geyinərək, buz və sərt külək olmadığı zamanlarda məşqlərə davam edin! Bunun üçün həftədə 5 gün, 30 dəqiqə boyunca ürək sürətinizin artdığı, daha sürətli nəfəs ala biləcəyiniz bir məşq bəs edər. Məşq edə bilmirsinizsə, yerimək də burada sizə kömək olar. Əgər çölə çıxa bilmirsinizsə, ev içində də olsanız, hərəkətsiz qalmayın. Uzun müddət oturmaqdan çəkinin, ən az bir saatdan bir özünüzə məşğuliyyət tapın.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

4. Dərmanlarınızı vaxtı-vaxtında qəbul edin.

Ürək xəstəliyiniz varsa, dərmanlarınızı nizamlı istifadə etməyə çalışın. Qış aylarında yalnız soyuq havanın varlığı deyil, fiziki fəaliyyətdə azalma və kilo qəbulu da, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu səbəblə xüsusilə yüksək qan təzyiq probleminiz varsa qış aylarında qan təzyiqinizi nizamlı olaraq ölçməyi vərdiş halına gətirin. Unutmayın ki qan təzyiqinizin yüksəldiyini hissetməməyiniz, onun normal səviyyədə olduğuna əsas vermir.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

5. Xəstəliklərdən qorunun

Məsələn qrip olduğunuzda bədəninizə əlavə bir stress yüklənir. Hərarətinizin artması ürəyinizin daha sürətli döyünməsinə və daha çox oksigenə ehtiyac duymasına səbəb olur. Eyni zamanda qrip səbəbiylə bədəndəki maye miqdarının azalması nəticəsində qan təzyiqinin düşməsi səbəbiylə ürəyin oksigen qaynağı azalır. Bu səbəblərə görə var olan ürək çatışmazlığı daha da artır. Unutmayın ki, bədənimiz vahid quruluşa sahibdir. Bir yerdəki xəstəlik vücudunuzun digər yerlərinə də təsir edir.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

6. Qidalanmada tərəvəz və meyvəyə müraciət əsas şərtdir

Xəstəliklərlə mübarizədə vitamin, mineral, liflər və zülallarla dolu immunitet sistemimizi dəstəkləyən, xüsusilə təzə olmasına diqqət edəcəyiniz qış tərəvəz və meyvələrini süfrənizdən əskik etməyin. Gündə ən az 4-5 dəfə meyvə və tərəvəz yemək, sağlam həyat sürdürmənizi dəstək olacaq. Yeməklərdə mümkün qədər az duz istifadə etməyi vərdiş halına gətirin. Həftədə 2 gün balıq yeməyə çalışın. Qidalanmada qatqılı yağı xaric edin və şəkərdən də mümkün olduqca uzaq durun.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

7. ‘D’ vitamini azlığına diqqət edin

Son illərdə, bir çox araşdırmalarda D vitamini çatışmazlığının ürək damar xəstəliklərində riskli olduğuna dair nəticələr izlənilir. D vitamini qəbul etməyin ən təsirli yolu isə günəş işığından faydalanmaqdır. Ancaq qış aylarında, günəş şüalarının dünya atmosferinə girdiyi bucağın çox olması səbəbindən atmosfer böyük ölçüdə D vitamini sintezi üçün lazım olan UVB şüasını maneə törədir. Bu səbəbdən lazımi qədər günəş işığı ala bilmədiyiniz üçün əlavə D vitamininə ehtiyac duyulur. Bunun üçün əvvəlcə həkiminizlə məsləhətləşərək D vitamini səviyyənizi ölçdürmək lazımdır.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər

8. Depressiyaya müharibə elan edin

Qış aylarında fərqli səbəblərlə depressiyaya meyl artır. Kortizol kimi stress hormonlarının artması infarkt və yüksək qan təzyiqi kimi ürək xəstəliklərinin də yaranmasına səbəb olur. Stressin səbəbini tapmaq və müalicə üçün həkiminizə müraciət etmək, problemin erkən  həllinə köməklik edə bilər. Stressdən uzaq durmaq üçün yaxınlarınız, dostlarınız və qonşularınızla ünsiyyətə can atın.

yaaz.az Ürək damar xəstəlikləri il mübarizədə əsas şərtlər