1.5K
ABŞ-dakı Harvard Universitetindən elm insanları qəhvə içməyin qadınlarda depressiya riskini əhəmiyyətli dərəcədə azaltdığını kəşf ediblər.
Adətən oyaq qalma təsiri ilə məlum olan qəhvənin, beyindəki kimyəvi proseslərə təsir etməsi səbəbilə depressiya üzərində də təsirli olduğu bildirildi. ABŞ-dakı 50 min qadının iştirakı ilə aparılan tədqiqatda, elm insanları qadınların son 10 ilki sağlamlıq vəziyyəti haqqında məlumatları araşdırıb.
Araşdırmada, elm insanları çox qəhvə sərf etməyən 2 min 600 qadının depressiya keçirdiyini müəyyən ediblər. Araşdırma nəticəsində gündə iki və ya üç dəfə qəhvə içilməsinin depressiya riskini 15 faiz azaltdığı qənaətinə gəlinib.
add a comment