Futbol

Qəbələ FK, Avropa Liqasında Mainz 05 qarşısında məğlubiyyətlə üzləşdi

1.14Kviews

Avropa Liqası oyunları davam etməkdədir.

Ölkəmizi təmsil edən iki klubdan biri olan Qəbələ bu gün növbəti matçını keçirib. Almaniyanın təmsilçisi Mainz 05 ilə Bakıda qarşılaşan Qəbələ, 2:3 hesabı ilə məğlubiyyətlə barışmalı oldu.

Oyunun ikinci hissəsində aktiv oyun göstərən Qəbələ FK, hətta 2:1 hesabı ilə önə keçməyi bacarsa da, hesabı qorumaq mümkün olmadı. Qəbələnin tərkibində qolları 57-ci dəqiqədə Ruslan Qurbanov, 62-ci dəqiqədə Sergey Zenyov, Mainz 05-in tərkibində isə, 41′ Yoshinori Muto, 68′ Jhon Cordoba, 78′ Levin Mete Oztunali imza atmışlar.

Xatırladaq ki, Qəbələ FK Avropa Liqası oyunlarında ardıcıl ikinci məğlubiyyətini aldı.