Manchester United’ın Fransalı futbolçusu Paul Pogba’nın klassikləşən qol sevinci ölkəsi Fransada Həndəsi suala çevrilib.
Bu sezon Manchester United klubuna transfer olunan ulduz futbolçunun qol sevincinin görmək Old Trafford azarkeşlərinin ən çox maraqla gözlədiyi hadisələrdən biridir.
23 yaşındakı ulduz futbolçunun maraqlı qol sevinci, ölkəsində riyaziyyat müəllimlərindən birinin diqqətini çəkib. Belə ki, Pifaqor Teoremi ilə bağlı tələbələrinə yeni sual hazırlamalı olan müəllim Pogba’nın qol sevincindən yararlanmaq qərarına gəlib.
Quand mes potes m'aident à préparer un contrôle pour les 4èmes. pic.twitter.com/meKPjYPrbX
— Claire (@maismdame) November 13, 2016
Qolların hərəkət istiqamətinin yaratdığı 2 üçbucağı qeydə alan Fransalı müəllim , üçbucaqların yan ölçülərini göstərərək şagirdlərindən qeyd olunan rəsmdə üçbucaqlarda və onların ara məsafələrində hər hansısa bir riyazi açıqlama görüb görmədiklərini sruşub.
İkinci bir sualda isə bu qol sevincini bəyənən və tətbiq etməyi planlaşdıran Cristiano Ronaldo’nun bunu daha yaxşı həyata keçirə bilməsi üçün hansı məsləhətləri verə biləcəklərini qeyd edib.
Le dab est utile, suis je approuvé? #maths https://t.co/BdUxEmcFfO
— Paul Pogba (@paulpogba) November 14, 2016
Tələbələrin cavablarıdan hələki bir xəbər çıxmasa da , sözü gedən hadisə Fransada tez bir müddətdə yayılıb. Fransalı müəllimin bu haqda paylaşdığı ‘tweet’ tez bir zamanda yayılaraq Pogba’a belə gedib çatıb. Və məşhur futbolçu bu barədə öz şəxsi hesabında məlumat paylaşıb.