KinoMusiqi

Pharrell Williams iki yeni bəstəsini təqdim edir

975views

Bu gün Pharrell Williams  “soundtrack” müəllifi və prodüseri olduğu “Gizli rəqəmlər” adlı filmə bəstələdiyi iki “single” təqdim edib. Ted Melfinin rejissorluq etdiyi film, riyaziyyatçı qadınların sayəsində ABŞ-ın kosmosa ilk uçuşunun reallaşması əsasında çəkilir. Qadınlar 60-cı illərin əvvəllərində NASA-da çalışır və John Glenn-in kosmosa çıxışı üçün lazımi hesablamalar aparırdılar.

Əsas rolları Taraji P. Henson, Octavia Spencer və Janelle Monet ifa edirlər. Filmə, həmçinin, Kevin Costner və Kirsten Dunst cəlb olunublar.

Filmin premyerası 2017-ci il 6 apreldə gözlənilir.