Zamanın məşhur xəstəliyi panik atakdan xilas olmanın 7 yolu.
İrəliləyən zaman, inkişaf edən texnologiya və dəyişən həyat şərtləri özü ilə çox sayda vərdişləri də dəyişdirdi. Əvvəllər ehtiyac belə duyulmayan vəziyyətlər, artıq bir asılılıq halındadır.
Dəyişən zamanın özü ilə gətirdiyi problemlər də əvvəlkindən fərqlidir, panik atakda bunlardan biridir. İndiki vaxtda xüsusilə böyük şəhərlərdə yaşayan az qala hər kəsdə var olan bu problem, zamanın məşhur xəstəlikləri arasında iştirak edir. Köhnə nəslin, bəlkə də varlığından xəbərdar belə olmadığı xəstəlik, indilərdə hər kəsin baş bəlası olub.
Bəs panik atak xəstəliyindən necə qorunmaq olar?
Mütəxəssislər ölümlə belə nəticələnməsi mümkün olan bu xəstəlik mövzusunda xəbərdarlıq edirlər.
Panik atak nədir?
Döyüntü, tərləmə, titrəmə, boğulma, nəfəs ala bilməmə hissi, sinədə ağrı və ya sıxışma, bulanma, qarın ağrısı, baş gicəllənməsi, balanssızlıq kimi fiziki duyumların qeyri-adi sıxlıqda hissi, özünü idarəni itirmək, dəli olmaq qorxusu ya da ölüm qorxusu ilə xarakterizə olunan bir müddətdir.
Müalicələr 70% müvəffəqiyyətlidir.
Xəstələr bu problemlə qarşılaşanda ilk olaraq xəstəxanalara müraciət edirlər. Əslində xəstəlik ilk fərq edildiyində bir psixiatr dəstəyi almaq lazımdır. Erkən diaqnoz, hər zaman daha çox təsirli olacaq. Mütəxəssislər müalicələrin 70%-nin müvəffəqiyyətli olduğunu da xüsusilə ifadə edirlər.
Dərmanlar haqqında səhv məlumatlar var.
Panik atak xəstələri dərmanların asılılıq yaratdığını və bu görə təhlükə doğurduğunu düşünürlər, ancaq bu səhv bir məlumatdır. Dərmanlar dozasında və nizamlı istehlak edildiyində sağlamlığınıza qovuşmaq mümkündür.
Əvvəlcə bir mütəxəssisə müraciət edin.
Ekspert dəstəyi və həkim idarəsində olmaq sizə yaxşı gələcək.
Dərman istifadə edin.
Mütləq həkiminizin verdiyi dərmanları nizamlı və dozasında alın.
Psixoterapiya müalicəsi almağınız mütləqdir.
Panik atak xəstələrində tətbiq olunan danışma müalicəsi olduqca faydalıdır, bu sizi çox rahatlaşdıracaq.
Nəfəs məşqləri edin.
Panik ataklar əsnasında nəfəs məşqləri olduqca təsirlidir. Ancaq yalnız o əsnada edilən məşq işə yaramaz. Bu səbəblə hücum xaricində da məşq edilməlidir. Etməniz lazım olan olduqca sadədir, dərin bir nəfəs alın, 5 saniyə tutun və ağzınızdan verin. Bunu təxminən 10 dəfə təkrar edə bilərsiniz.
Mövzu haqqında şüurlu olmalısınız.
Bəlkə də ən əhəmiyyətli mövzulardan biri xəstəlik haqqında məlumat sahibi olmaqdır. İnsan panik atakın nə olduğu mövzusunda məlumat sahibi olmalı və bu hücumların ona zərər verməyəcəyini, bu səbəbdən sakit olması lazım olduğu şüuruna varmalıdır.
Daimi və sağlam bir həyat planı.
Sağlamlığa zərərli, asılılıq edən maddələrdən uzaq dayanmaq bu barədə olduqca əhəmiyyətlidir.
Həftənin 5 günü ən az 30 dəqiqə məşq etməyə çalışın.