Rio 2016

Olimpiadanın 11ci günü, daha bir boksçumuz yarım finalda

718views

Rio 2016 olimpiadasının 11ci günündə mübarizəyə qoşulan hər 3 idmançımız ölkəmizə medal qazandırdı.Xəbər verdiyimiz kimi əvvəlcə avarçəkənimiz İnna Osipenko-Rodomska bürünc medal qazandı.Ardınca isə güləş yarışlarında Rəsul Çunayev bürünc medal uğrunda qarşılaşmada Cənubi Koreya güləşçisi Ryu Hansunu 8-0 hesabı ilə məğlub edərək daha bir bürünc medalı ölkəmizin aktivinə yazdı. Bir qədər əvvəl başa çatan boks yarışında isə təmsilçimiz Lorenzo Sotomayor 1/4 finalda kubalı Yasnier Toledoya 3-0 hesabı ilə qalib gələrək rəqibinə göz açmağa belə imkan vermədi.Beləliklə Sotomayor yarım finala vəsiqə qazanaraq ən azı bürünc medalı təmin etdi.

Elnur Cəfərov
idman xəbərləri yazarı