Sağlamlıq

Niyə barmaqlarımızı çırtladırıq? – Elmi açıqlama

778views

Əgər barmaqlarını çırtlatmaq kimi bir vərdişin varsa, bu istək uyğunsuz zamanlarda belə sizi rahat buraxmayacağını yəqin ki, bilirsiniz.

Yüz illərdən bu yana, elm insanları bu çırtlatma səsi üzərində çalışırlar. Bədənin bu qəribə vərdişindən çıxan səs, ayrılan oynaqların arasında ibarət olan hava baloncuqlarının ortaya çıxartdığı səsdir. Bu proses, texniki olaraq “tribonucleation” olaraq adlandırılır. Oynaqların arasındakı maye, oynaqların arasına zamanla yenidən dolur. Çırlama sonrasında şarcıq meydana gəlir və zaman içərisində bu maye təkrar yerinə dolur.

Niyə edirsən?

Bu vəziyyət həm fiziki həm də mental bir vəziyyətdir. Mental baxımdan baxıldığında, bu vəziyyət bəzi insanlar üçün dırnaq yemək ya da barmaqlarıyla temp tutmaq qədər əsəbi bir vərdişdir. Bəlkə də, yalnız stress atmaq üçün edilən bir vərdiş ola bilər.

Hadisəyə fiziki baxımdan baxıldığında, edilən işə görə bu vərdiş oynaqların arasında boşluq yaratma istəyi ilə açıqlana bilər. Bir çox hallarda, barmaq çırtlatma sonunda maye axını sürətlənir, barmaqlar isə daha da rahatlayır.

Bəzi insanlar nə üçün bu hərəkəti edə bilmir?

Barmaqlarını çırtlatmadan dayana bilməyən insanlar əlbəttə var. Ancaq bəziləri üçün vəziyyət heç də eyni deyil. Hər kəsin barmaq çırtlatma potensialı var. Aradakı fərq isə, bəzi insanların oynaqlarındakı təzyiq axını daha zəif olmasıdır. Çırtlatma səsi, buna görə gəlmir və bu səsi eşitmirsinizsə, çox güc etməyin. Nəticədə, bəzi əl zədələri ilə qarşılaşmağınız mümkündür.