Futbol

Mourinhosayağı cəza

845views

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinho növbəti maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.

Portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının 5-ci turunda səfərdə “Uotford”a uduzduqları oyundan (1:3) sonra Mançesterə klubun avtobusu ilə deyil, qatarla qayıtmaq qərarı verib.

Mourinyonun futbolçularla məğlub olduqları və gələcək oyun haqda daha çox danışmaq imkanı qazanmaq üçün bu vasitəyə əl atdığı bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” “Uotford”la oyunda son 8 gündə 3-cü məğlubiyyətini alıb.

Elnur Cəfərov
idman xəbərləri yazarı